top
Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq Idman.biz
Bu gün, 10:45
- ↺ +

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Qazaxıstanın "Kayrat" futbol komandasının sabiq baş məşqçisi Karlos Alos Ferrer UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

İdman.Biz "ASnews" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin kapitanı və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovla birgə çalışdığı dövrü xatırlayıb.

"İlk növbədə, Stasa görə çox sevinirəm. O, əla qapıçıdır. Birlikdə işlədiyimiz dövrdən onu böyük peşəkar kimi xatırlayıram. Qapı xəttində möhtəşəm reaksiyaya və yüksək sürətə malikdir. Açığı, onu belə səviyyəli qarşılaşmada görmək mənim üçün əsl qürur mənbəyidir", - deyə Ferrer bildirib.

Mütəxəssis Çempionlar Liqasının hazırkı formatının belə qarşılaşmalar üçün daha geniş imkanlar yaratdığını vurğulayıb:

"Kayrat"ı çalışdırdığım vaxt üç təsnifat mərhələsini keçdik. İkinci mərhələdə Niderlandın AZ komandasını mübarizədən kənarlaşdırdıq. Lakin o zaman qrup mərhələsinə yüksəlmək olduqca çətin idi. İndiki formatda belə oyunlarda iştirak etmək nisbətən asandır".

İspaniyalı məşqçi sabiq yetirməsinə "Barselona" ilə qarşılaşma öncəsi tövsiyə də verib:

"Onun üçün çox çətin və böyük enerji tələb edən oyun olacaq. Stasa uğurlar arzulayıram. Öz oyununu göstərsin, qarşılaşmadan zövq alsın və bir saniyə belə konsentrasiyasını itirməsin".

Qeyd edək ki, Karlos Alos Ferrer 2017-ci ilin iyulundan 2018-ci ilin oktyabrına qədər "Kayrat"a rəhbərlik edib və komandanı Qazaxıstan Kubokunun qalibi edib. Stas Pokatilov onun rəhbərliyi altında 35 oyun keçirib.

"Sabah" - "Barselona" qarşılaşması Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra "Barselona" doqquz xalla beşinci, "Sabah" isə üç xalla 31-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Futbol
Bu gün, 10:22

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Oxşar xəbərlər