top
Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı Idman.biz
Bu gün, 10:22
- ↺ +

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

"Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyan bir qarşılaşmadır. Hər iki komandanın rəsmi turnirlərdəki ilk dueli olacaq. Turnir vəziyyətinə toxunmaq istəmirəm. Sadəcə qeyd edim ki, bu gün "Sabah" üç xal əldə edib, "Barselona" isə doqquz xala sahibdir".

Bu sözləri Azərbaycan millisinin sabiq çalışdırıcısı Vaqif Sadıqov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda "Barselona"nı qonaq edəcək "Sabah"ın şanslarını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis qarşılaşmanın tarixi əhəmiyyətindən, rəqiblərin oyun üslubundan, büdcə fərqindən və "Sabah"ın sürpriz imkanlarından söz açıb.

"Ancaq bir məsələyə toxunmaq istəyirəm. "Sabah" son yerli çempionat oyununda, çox uğurlu və məzmunlu futbol nümayiş etdirərək qələbə qazanıb. "Barselona"nın isə cəmi iki gün əvvəl keçirdiyi oyunu və qət etdiyi uzaq yolu nəzərə alsaq, demək olar ki, sıx qrafik qonaqların oyun tempinə müəyyən qədər təsir göstərə bilər.

Oyun üslubundan çox danışmağa dəyməz. "Barselona" hər oyunda orta hesabla 65-70 faiz topa sahib olur və yüksək pressinqə üstünlük verir. "Sabah"ın isə əsas şansı sıx müdafiə olunmaq, sürətli əks-hücumlar zamanı səmərəli və kəsərli hücumlar təşkil etmək, yaranan imkanlardan maksimum istifadə etməkdir.

Ümumi göstəricilərə də nəzər salsaq, görərik ki, "Sabah" 1,3 milyard avroluq büdcəyə qarşı 19 milyon avroluq büdcəyə malik komanda ilə mübarizə aparır. Bütün bu rəqəmlərdən də göründüyü kimi, favorit "Barselona"dır. Ancaq yenə də qeyd edirəm ki, bu, sırf kağız üzərində belədir. Hesab edirəm ki, büdcədən asılı olmayaraq, "Sabah"ın futbolçuları bu oyunda özlərini ən yaxşı tərəfdən göstərmək şansı əldə edirlər. Ümumiyyətlə, hesab edirəm ki, bu, hər bir futbolçunun arzuladığı oyunlardan biridir. Belə qarşılaşmalarda, belə rəqiblərə qarşı özünü ən yaxşı tərəfdən göstərmək imkanı yaranır. "Sabah"ın baş məşqçisi Dambrauskasın (Valdas Dambrauskas) fikirləri ilə də tam razıyam. Bu oyundan hər birimiz - məşqçilər, futbolçular, rəhbərlik, azarkeşlər və futbol ictimaiyyəti zövq almalıyıq.

İnanıram ki, "Sabah" bu oyunda dünyanın ən nəhəng, bəlkə də bir nömrəli komandası olan "Barselona"ya qarşı üzüağ çıxmaq üçün əlindən gələni edəcək və rəqibin dominant futboluna intizamlı oyunla qarşılıq verərək sürpriz etməyə çalışacaq. Biz də bu oyunda son çempionumuza - "Sabah"a uğurlar arzulayırıq", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra "Barselona" doqquz xalla turnir cədvəlinin beşinci, "Sabah" isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Acından günorta oyanmayan klubda vəziyyət - Bu da müvəqqətidir

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Boks
Bu gün, 09:38

Azərbaycan boksçuları U-23 Avropa çempionatında qızıl medal üçün döyüşür

Futbol
Bu gün, 09:38

“Sabah” qol, Fermin qollar vuracaq?

Oxşar xəbərlər