top
“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili Apasport.az
Bu gün, 10:44
- ↺ +

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Ukraynanın "Şaxtyor" klubu gələcək mövsümdə avrokuboklardakı ev oyunlarını Türkiyədə keçirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin Türkiyənin "Sabah" nəşrinə açıqlamasında bildirib.

Klub rəsmisi Arda Turanın baş məşqçi təyin olunmasından sonra Türkiyə ilə əlaqələrinin daha da gücləndiyini vurğulayıb:

"Ən böyük arzumuz Donetskə qayıtmaq və yenidən "Donbas Arena"da oynamaqdır. Arda Turan sayəsində Türkiyə ilə əlaqələrimiz güclənib. Türkiyədə çox yaxşı stadionlar və çılğın azarkeşlər var. Ukraynada müharibə davam etdiyi üçün təəssüf ki, gələn mövsüm də ev oyunlarımızı keçirəcəyimiz stadionu seçmək məcburiyyətində qalacağıq. Türkiyədəki stadionlardan birini də variant kimi nəzərdən keçirə bilərik".

Palkin Arda Turanın komandanın baş məşqçisi seçilməsinin səbəblərindən də danışıb:

"Arda "Eyüpspor"da potensialını göstərmişdi. Futbolçu kimi yüksək səviyyədə qazandığı təcrübə də bizim üçün vacib idi. Xarakteri, motivasiyası və bu çətin vəzifəni üzərinə götürmək istəyi qərarımızda həlledici rol oynadı. Ukraynadakı vəziyyəti bilirdi və buna baxmayaraq, gəlmək istəyirdi.

Arda komandaya böyük enerji gətirdi. Futbolçuları motivasiya etmək bacarığı yüksəkdir. Gənc məşqçidir və hər gün inkişaf edir. Komanda da onunla birlikdə irəliləyir. İlk mövsümündə Ukrayna çempionluğunu qazandıq və UEFA Konfrans Liqasında yarımfinala yüksəldik. Bu, inkişafımızı açıq şəkildə göstərir".

Baş direktor UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Fənərbaxça" ilə keçirəcəkləri qarşılaşmaya da toxunub:

"Çox canlı atmosfer gözləyirəm. "Fənərbaxça" azarkeşləri enerjilərini tribunalara daşıyacaqlar. Böyük Britaniyada yaşayan ukraynalıların və yerli futbolsevərlərin də bizi dəstəkləməyə gələcəyinə ümid edirik. Stadionunu bizim istifadəmizə verdiyi üçün "Çelsi"yə minnətdarıq. Ölkəsini tərk etmək məcburiyyətində qalan ukraynalılar üçün bu oyunlar vətənləri ilə əlaqəni qorumaq vasitəsidir".

Palkin müharibə şəraitinin klubun transfer fəaliyyətinə təsir etdiyini də etiraf edib. Onun sözlərinə görə, xarici futbolçuları Ukraynaya gətirmək əvvəlkindən daha çətin olsa da, "Şaxtyor" inkişaf layihəsi və Avropa turnirlərində iştirak imkanları ilə oyunçuları cəlb etməyə çalışır.

Qeyd edək ki, "Şaxtyor" – "Fənərbaxça" qarşılaşması noyabrın 25-də İngiltərədə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Futbol
Bu gün, 10:22

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Oxşar xəbərlər