"Tottenhem" hücumçusu Luka Uilyams-Barnett ilə müqavilə müddətini uzatmağa yaxındır. Sport24.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu qərar oyunçu ilə ciddi maraqlanan "Çelsi" və Dortmund "Borussiya"sı üçün gözlənilməz zərbə olacaq.
Mənbənin sözlərinə görə, digər klubların marağına baxmayaraq, 18 yaşlı ingilis futbolçu London təmsilçisində qalmaq qərarına gəlib. "Tottenham" artıq sözləşmənin uzadılması ilə bağlı danışıqlara başlayıb və tərəflər razılaşmanı yekunlaşdırmaq üzrədirlər.
Qeyd edək ki, "Tottenhem" akademiyasının yetirməsi olan futbolçu 2026/27 mövsümündə Roberto De Zerbinin rəhbərlik etdiyi əsas heyətə cəlb olunub. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. İstedadlı futbolçunun transferində maraqlı olan rəqib klublar isə gənc oyunçunun meydanda kifayət qədər vaxt keçirməməsindən narazı ola biləcəyini ehtimal edərək, yaranmış vəziyyətdən yararlanmağa ümid edirdilər.