Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Şahdağ Qusar" yoxlama matçında qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Misli Premyer Liqasında çıxış edən "Şəfa" ilə qarşılaşıb.
Görüş Qusar klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Şahdağ Qusar" I Liqada 18 xalla turnir cədvəlinə başçılıq edir. "Şəfa" isə Misli Premyer Liqasında 5 xalla 11-ci pillədə qərarlaşıb.
"Şahdağ Qusar" növbəti rəsmi oyununda "Gəncəbasar"la, "Şəfa" isə "Qəbələ" ilə üz-üzə gələcək.