top
Rüstəm Əhmədzadə: Qələbə üçün nəsə çatmır, aramızda lider yoxdur - MÜSAHİBƏ Idman.biz
26 mart 2026, 10:43
- ↺ +

Rüstəm Əhmədzadə: "Qələbə üçün nəsə çatmır, aramızda lider yoxdur" - MÜSAHİBƏ

"Qeyd etdiyim kimi hər oyunda qələbə qazanmaq üçün nəsə çatmır. Yaxşı futbolçularımız var".

Bunu Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadə sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Yığmanı qarşıda "FIFA Series - 2026" turnir çərçivəsində iki oyun gözləyir. Bu matçlar barədə fikirlərini bilmək istərdik.

- Hər kəs - istər azarkeşlər, istər məşqçilər, istərsə də ətrafımızda olanlar bizdən qələbə gözləyir. Özümüz də özümüzdən bunu istəyirik. Baxımlı oyunla hər iki görüşdən qalibiyyətlə ayrılıb xalqımızın milliyə inamını qaytarmağı düşünürük. Bu iki qarşılaşma bizim üçün əla şansdır.

- Millinin düşərgəsində ab-hava necədir?

- Düşərgədə super atmosfer var. Ayxan Abbasovun gəlişi ilə millidə yüksək ab-hava formalaşıb. Ölkənin əsas komandasına dəvət alan futbolçular düşərgəyə çox həvəslə gəlirlər. Hamı xoşbəxtdir. Böyük istəklə məşq edir, komandamızın uğur qazanacağına inanıriq. Yığmaya dəvət almaq istənilən futbolçu üçün böyük şərəfdir. İnanırıq ki, qarşıdakı hər iki görüşdə xalqımızı qələbə ilə sevindirəcəyik.

- Bir qədər "Sumqayıt" barədə danışaq. Formasını geyindiyiniz komanda qış fasiləsindən sonra "qara zolağ"a düşüb. Artıq neçə oyundur ki, qələbə üzünə həsrət qalmısız...

- Açığı, bu suala cavabım yoxdur. Daha doğrusu, cavab tapmaqda çətinlik çəkirəm. Müəyyən xırda detallar var ki, onlar üst-üstə gələndə böyük problemlər ortaya çıxır. Qalib gəlmək üçün hər dəfə nəsə çatmır. Qışdan sonra belə zəif görünməyimiz hamımızı məyus edir. Fasiləyə qədər bizdə hər şey alınırdı. Həm oyun, həm də nəticə var idi. Özümə də maraqlıdır ki, niyə bu vəziyyətə düşdük...

- Sizcə, komandanın "qara zolaq"dan çıxması üçün nə çatmır?

- Qeyd etdiyim kimi hər oyunda qələbə qazanmaq üçün nəsə çatmır. Yaxşı futbolçularımız var. İstək və əzmkarlıq da öz yerində. Uğurlu nəticə qazanmaq üçün rəhbərlik də əlindən gələni edir. Təəssüf ki, hər dəfə nəsə düz getmir, nəsə alınmır. 3-4 oyun ardıcıl uğursuzlu olanda komandanın üzərində təzyiq də yaranır ki, bu da hardasa sözünü deyir. Bəzən bəxt də bizdən üz döndərir. Məsələn "Karvan-Yevlax"la görüşdə mən penaltini qola çevirə bilmədim. Dəqiq olsaydım, oyunun taleyi demək olardı ki, həll olunacaqdı.

- Premyer Liqanın aşkar autsayderi ilə görüşdə bəxtdən şikayətlənmək nə dərəcədə doğrudur? Bəlkə "Sumqayıt"ın futbolçularında xarakter çatmır? Çətin anlarda məsuliyyəti boynuna götürən, komandanı arxasınca aparan lider futbolçu yoxdur...

- Bəlkə də... Bilirsiniz ki, əksər futbolçular ötən yay bu komandaya qoşulub. Uyğunlaşmaq üçün müəyyən vaxt tələb olunur. Bəlkə də bu üzdən aramızda liderliyi üzərinə götürə biləcək futbolçu yoxdur.

- Komandanın uğursuzluğunda baş məşqçinin günahlandırmaq olar?

- Vurğuladığım kimi, hər xırda detalın təsiri var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər