top
Qarabağın nigeriyalı hücumçusu Tohib Abiodun: Zədəm olmasaydı, bombardir olacaqdım - MÜSAHİBƏ Idman.biz
05 may 2026, 12:23
- ↺ +

"Qarabağ"ın nigeriyalı hücumçusu Tohib Abiodun: "Zədəm olmasaydı, bombardir olacaqdım" - MÜSAHİBƏ

AFFA Gənclər Liqasının İkinci mərhələsinin altıncı turunda "Zirə" - "Qarabağ" matçı 2:2 hesabı ilə başa çatıb.

Oyundan sonra "Qarabağ"ın futbolçusu, 25 qolla liqanın ikinci bombardiri olan mərkəz hücumçusu Tohib Abiodun prosport.az-a müsahibə verib.

– Əvvəlcə oyunla bağlı fikirlərinizi eşidək. Çətin oyun oldu...

– Yox, mən belə deməzdim. Oyun bizim üçün çətin keçmədi. Biz qələbə qazanmağa hazır idik. Sadəcə, son dəqiqədə diqqətimizi itirdik və bu da nəticəyə təsir etdi. Biz rəqibdən daha yaxşı idik.

– Ola bilərmi ki, meydançanın durumu da sizə daha çox qol vurmağa mane olurdu?

– Bəli, meydança bərbad idi. Amma meydançanı bəhanə etmirik, bu tamamilə bizim səhvimiz idi. Son dəqiqədə rəqibi diqqətdən qaçırmamalı idik. Burada meydançanı bəhanə etməyin adı yoxdur.

– Lidersiniz. Çempionluq şanslarınızı necə qiymətləndirirsiniz?

– Qarşıdakı oyunlara köklənəcəyik. Məqsədimiz qalan qalan hər bir matçda qalib gəlməkdir.

– Şəxsi hədəfiniz nədir?

– Əsas məqsədim çox çalışaraq əsas komandada oynamaqdır.

– Hazırda bombardirlər siyahısında "Sabah"ın futbolçusu Anar Hüseynovdan sonra ikinci yerdəsiniz. 25 qol vurmusunuz. Yəqin ki, birinci sıraya qalxıb fərdi mükafat da qazanmaq istəyirsiniz...

– Bəli, ən yaxşı bombardir olmaq istəyirəm. Zədə səbəbindən bir neçə oyunu buraxdım. Əgər həmin matçlarda iştirak etsəydim, indi birinci yerdə ola bilərdim. Hətta ola bilərdim yox, olacaqdım deyərdim.

– Sentyabrda Azərbaycana transferiniz necə baş tutdu?

– Ötən ilin iyulunda İsveçin Yötebori (Göteborg) şəhərində keçirilən "Gothia Puma Trophy" beynəlxalq turniri zamanı oynayarkən bizi "Qarabağ" rəsmiləri izləmişdi. Onda mən "Beyond Limit" komandasında oynayırdım. Oyundan sonra mənə yaxınlaşıb dedilər ki, səni bəyənirik, bizim komandaya qoşul. Bundan sonra danışıqlar oldu və Azərbaycana gəldim. Əvvəl İsveçdəki turnirdə "Beyond Limit"lə çempion olmuşdum.

– Digər komanda yoldaşınız Muyidin Olude də sizinlə eyni komandadan gəlib?

– Xeyr, o da İsveçdə çıxış edirdi. Lakin onun komandası "Sportinq Laqos" idi ("Qarabağ"ın qrupunda yer alırdı və oyun 0:0 başa çatmışdı – red.).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Digər
Bu gün, 14:07

79 yaşlı idmançı rəqibi olmadan yarışdı

Qarabağ FK
Bu gün, 14:00

Qarabağa səfər, tarixi şəhərdə futbol günü | Xankəndi vloqu - VİDEO

Futbol
Bu gün, 14:00

Vernidub “Neftçi”ni çempion edəcəyini niyə deyə bilmir?

Cüdo
Bu gün, 13:53

UFC reytinqi yeniləndi – Azərbaycan döyüşçülərinin mövqeyi bəlli oldu

Qarabağ FK
Bu gün, 13:48

Mircavadov: “Sabah”ın Barselona qarşı taktikası və planları

Futbol
Bu gün, 13:40

“Barselona” Bakıya səfəri “PlayStation”la keçirdi

Cüdo
Bu gün, 13:37

UFC-nin sabiq çempionu: “Nurməhəmmədovlar həbsxanada qalmalı idilər” - FOTO/VİDEO

Qarabağ FK
Bu gün, 13:33

Makreçkis vəziyyətdən razı deyil: “Hər oyunda qələbə qazanmalıyıq”

Futbol
Bu gün, 13:27

PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq

Futbol
Bu gün, 13:22

“Sabah” - “Barselona” oyununa bilet almamışam” - Samir Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 13:21

Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər

Futbol
Bu gün, 13:20

"Arsenal" və "Borussiya"nın sabiq futbolçusu Çexiya klubundan ayrıldı

Futbol
Bu gün, 13:01

Mahirin asistləri Polşa Ekstraklasasında ön sırada

Futbol
Bu gün, 13:00

Azərbaycan çempionu iş yerini dəyişdi, operativ qərargah qurdu

Futbol
Bu gün, 13:00

Abdulla Rzayev: “Qapımızda bəzən heç nədən qollar görürük"

Cüdo
Bu gün, 12:52

Tahir Abdullayev: “Çətin olan döyüşmək yox, çəki salmaq idi”

Futbol
Bu gün, 12:51

Qərb derbisinin biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 12:50

PSJ Vinisius Juniorun transferindən imtina etdi

Digər
Bu gün, 12:44

‘Azərlotereya’dan iki yeni ‘Poz-Qazan’ oyunu: Böyük uduş imkanları!

Futbol
Bu gün, 12:44

“Hazırkı heyət daha balanslıdır”

Qarabağ FK
Bu gün, 12:30

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Futbol
Bu gün, 12:29

PSJ “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qoşmağa niyyətlidir;

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Oxşar xəbərlər