top
Qarabağ ilk Dayanıqlılıq Hesabatını təqdim etdi: Gəlirlər artıb, sosial məsuliyyət güclənib Idman.biz
12 may 2026, 18:30
- ↺ +

"Qarabağ" ilk Dayanıqlılıq Hesabatını təqdim etdi: Gəlirlər artıb, sosial məsuliyyət güclənib

"Qarabağ" klubu regionda ilk Dayanıqlılıq Hesabatını (Sustainability Report) ictimaiyyətə təqdim edib.

Bu barədə İdman.Biz Ağdam təmsilçisinə istinadən məlumat verir.

Bu addım klubun idman sahəsi ilə yanaşı, sosial məsuliyyət, ekoloji yanaşma və müasir idarəetmə prinsipləri istiqamətində də lider mövqeyini bir daha təsdiqləyir. Bu təşəbbüs təkcə Azərbaycanda deyil, bütövlükdə regionda bir ilkdir. "Qarabağ" eyni zamanda, Avropa komandaları arasında da bu istiqamətdə hesabat hazırlayan qabaqcıl klublardan biri kimi fərqlənir.

Təqdim olunan hesabatda klubun aşağıdakı istiqamətlər üzrə fəaliyyəti geniş şəkildə əks olunub:

* Ekoloji dayanıqlılıq və resursların səmərəli idarə olunması
* Sosial məsuliyyət layihələri, inklüziv inkişaf təşəbbüsləri və icma ilə əlaqələr
* Korporativ idarəetmə və şəffaflıq prinsipləri

Hesabat həmçinin klubun gələcək inkişaf strategiyasını, beynəlxalq standartlara uyğunlaşma istiqamətində atdığı addımları və uzunmüddətli dayanıqlılıq hədəflərini əhatə edir.

Hesabatda qeyd olunur ki, 2024/2025-ci illər mövsümündə "Qarabağ"ın gəlirləri 12,7 faiz (34,75 milyon manat) artıb. Bildirilib ki, ötən mövsüm klubun ümumi aktivlərinin həcmi 47,04 milyon manat təşkil edib.

Qeyd edək ki, hesabat klubla əməkdaşlıq çərçivəsində dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan "Deloitte"un dəstəyi ilə hazırlanıb. Şirkət xüsusilə dayanıqlılıq hesabatlarının hazırlanması, ESG (Environmental, Social, Governance) standartlarının tətbiqi və korporativ şəffaflığın artırılması istiqamətində beynəlxalq təcrübəsi ilə tanınır. "Qarabağ" ilə əməkdaşlıq çərçivəsində "Deloitte" hesabatın beynəlxalq standartlara uyğun strukturlaşdırılması, məlumatların düzgün ölçülməsi və təqdim olunması, eləcə də qlobal hesabatlılıq prinsiplərinə inteqrasiya prosesinə metodoloji dəstək göstərib.

Bu tərəfdaşlıq sənədin etibarlılığını və beynəlxalq səviyyədə qəbul olunma potensialını daha da artırır. Xatırladaq ki, "Qarabağ" Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi "İqlim Fəaliyyəti üçün İdman" (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşıdır. Klub bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin "Race to Zero" kampaniyasına dəstək göstərərək qlobal iqlim hədəflərinə töhfə vermək öhdəliyini təsdiqləyir.

"Qarabağ"ın prezidenti Tahir Gözəl dayanıqlılıq hesabatının yalnız görülən işləri deyil, həm də illər ərzində formalaşdırılan dəyərləri və gələcək nəsillər qarşısında daşıdıqları məsuliyyəti əks etdirdiyini bildirib:

"Bu hesabat illər ərzində formalaşdırdığımız dəyərlərin, məsuliyyət anlayışımızın və gələcəyə baxışımızın əyani ifadəsidir. Burada gördüyümüz işlərlə yanaşı, inandığımız prinsipləri və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyəti əks etdiririk. Bu təşəbbüs klubumuz üçün, Azərbaycan üçün, bütövlükdə region üçün bir ilkdir.

Hesabatdakı hər bir məqam real fəaliyyətlərə, ölçülə bilən nəticələrə əsaslanır. Biz inanırıq ki, bu yanaşma regionda fəaliyyət göstərən digər klublar üçün də istinad nöqtəsinə çevriləcək və dayanıqlı inkişafın yeni mərhələsinə təkan verəcək. Sözügedən hesabat, həmçinin COP29 çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərin bir hissəsidir. Şübhəsiz ki, bu, ilk hesabatımızdır və biz bu istiqamətdə ilkin addımlarımızı atmağa başlamışıq. İnanırıq ki, növbəti hesabatlarda daha ətraflı, inkişafyönümlü və müqayisə oluna bilən nəticələr də öz əksini tapacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Oxşar xəbərlər