top
Lixtenşteynin baş məşqçisi Azərbaycan millisinin vaxt uzatmasını uğur kimi qiymətləndirdi Idman.biz
Bu gün, 21:03
- ↺ +

Lixtenşteynin baş məşqçisi Azərbaycan millisinin vaxt uzatmasını uğur kimi qiymətləndirdi

Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk UEFA Millətlər Liqasında Azərbaycana 0:1 hesablı məğlubiyyətdən sonra rəqibin oyunun sonlarında vaxt uzatdığını bildirib.

İdman.Biz Lixtenşteyn Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycan millisinin üstünlüyünü qorumaq üçün vaxtdan və əvəzetmələrdən istifadə etməsini öz komandasının göstərdiyi mübarizənin göstəricisi kimi qiymətləndirib:

"Azərbaycanı elə vəziyyətə gətirdik ki, onlar vaxt uzadır və artırılmış dəqiqələrdə strateji əvəzetmələr edirdilər. Bu, komandamızın bugünkü çıxışını göstərir".

Fyunfştyuk məğlubiyyətdən məyus olduğunu, lakin futbolçularının çıxışı ilə fəxr etdiyini vurğulayıb. Onun sözlərinə görə, komanda ilk 10 dəqiqədə çətinlik çəkib və müəyyən qədər bəxti gətirib. Daha sonra isə oyuna uyğunlaşaraq taktiki baxımdan yüksək səviyyədə çıxış edib.

Baş məşqçi müdafiə xəttində ciddi dəyişikliklərə baxmayaraq komandasının yaxşı oyun göstərdiyini qeyd edib. Bununla belə, hücumların son mərhələsində daha çox ağıllı qərarlara və qətiyyətə ehtiyac olduğunu etiraf edib.

Fyunfştyuk Azərbaycanla keçirilən iki qarşılaşmanı da dəyərləndirib. O bildirib ki, qrupun qalibi ilə oynadıqları dörd hissənin üçü heç-heçə başa çatıb, yalnız birində 1:0 hesabı ilə məğlub olublar. Mütəxəssis buraxılan qolu komandasının standart vəziyyətdə zəif müdafiə olunması ilə əlaqələndirib.

Baş məşqçi gənc futbolçuların heyətə cəlb edilməsini də müsbət qiymətləndirib və Litva ilə qarşıdakı oyunun nəticəsindən asılı olmayaraq Millətlər Liqasındakı çıxışları ilə fəxr edə biləcəklərini bildirib.

Qeyd edək ki, noyabrın 13-də Vadutsda keçirilən qarşılaşmada Azərbaycan millisi Mahir Emrelinin 26-cı dəqiqədə vurduğu qolla qalib gəlib və D divizionunun ikinci qrupunda birinci yeri təmin edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:47

Rafinya qırmızı vərəqəsi səbəbindən ‘Barselona’ya erkən qayıda bilər

Futbol
Bu gün, 20:33

Mançester Yunayted Niko Pas üçün transfer planlarını yeniləyir, amma Real Madrid buyback hələ də mövcuddur

Futbol
Bu gün, 20:25

Şahdağ Qusar 2:1 hesabına Premyer Liqa komandası Şəfayı məğlub etdi

Futbol
Bu gün, 20:19

Maykl Karrik West Ham‑ın baş məşqçisi ola bilər

Digər
Bu gün, 19:41

Binə Atçılıq Mərkəzində keçirilən atçılıq konkur növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 19:25

Argentina millisi Messisiz ilk yoldaşlıq oyununda Uruqvaya 1:2 hesabı ilə məğlub oldu

Şahmat
Bu gün, 19:20

Aydın Süleymanlı SC Viernheim ilə Almaniya Bundesliqasında dörd məğlubiyyətsiz partiyasında qalır

Futbol
Bu gün, 19:04

Azərbaycan U-23 komandası Oman U-23-yə 2-1 qalib gəldi

Futbol
Bu gün, 18:57

Zidan baş məşqçi olaraq ilk dəfə Fransadan məğlubiyyət alıb

Futbol
Bu gün, 18:53

Dezire Due, PSJ-nin hücumçusu, Türkiyə ilə qarşılaşmadan çıxmaq ehtimalı

Futbol
Bu gün, 18:38

Messi ayrılandan sonra Argentinanın Uruqvaya qarşı oynadığı yoldaşlıq görüşünə azarkeş marağı kəskin azalıb

Futbol
Bu gün, 18:27

İtaliya A Seriyasında oktyabrın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 18:23

Laporta: Yamalı Dahi, Onu Qorumaq Vəzifəmizdir

Futbol
Bu gün, 18:19

Fatih Terim restoran hesabını formalarla ödədiyi iddia edilir

Futbol
Bu gün, 18:08

Portuqaliya millisində Karlos Forbs ilk dəfə Ronaldudan boşalan 7 nömrəli formanı geyəcək

Futbol
Bu gün, 17:58

Hakan Çalhanoğlu “Fənərbağça”nın marağında

Futbol
Bu gün, 17:53

"Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə: "İkinci Liqada lideriyik, addım-addım irəliləyirik"

Futbol
Bu gün, 17:39

Sabah Çempionlar Liqasının sosial şəbəkələrdə ən az izlənilən klub

Futbol
Bu gün, 17:28

“Barselona”nın hücumçusu Hamza Abdelkarim “Komo”ya keçə bilər

Futbol
Bu gün, 17:19

“Riqa” klubuna LFF‑dən 6 822 avroluq cərimə və 3 xal itki

Basketbol
Bu gün, 17:01

Azərbaycan qadın basketbol yığmasının baş məşqçisi İrlandiyanı məğlubiyyətin səbəbini müdafiədəki zəifliklə bağlıdı

Futbol
Bu gün, 16:59

Xavi Niderlandın Yunanıstan üzərində 7:0 hesablı qələbəsini şərh etdi: "Oyunçularla fəxr edirəm"

Cüdo
Bu gün, 16:41

Azərbaycanlı muay-tay döyüşçüsü Anar Məmmədov Tailandda nokautu və qələbəsi üçün 10 min dollardan çox mükafat alıb

Oxşar xəbərlər