top
Leandro Andrade: Karyeramda ilk cərimə zərbəsi qolum oldu Idman.biz
05 may 2026, 13:09
- ↺ +

Leandro Andrade: "Karyeramda ilk cərimə zərbəsi qolum oldu"

"Düşünmürəm ki, bu məğlubiyyətlər bizə mənfi təsir edir".

Bunu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradenin "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının 30-cu tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Görüş haqda təəssüratlarınızı bölüşərdiniz...

- Yaxşı və vacib qələbə idi. Cədvəldə çox yaxın idik və onların çətin rəqib olacağını bilirdik. Düşünürəm ki, yaxşı kökləndik və belə komandaya qalib gəlmək üçün məhz bu lazım idi.

- Möhtəşəm qol vurdunuz…

- Bəli, xoşbəxtəm. Bu, karyeramda ilk cərimə zərbəsi qolum idi, əvvəllər vurmamışdım. Sevinməyimdən də göründüyü kimi, çox sevindim. Həm də hesabı açan qol idi, yəni vacib qol oldu. Komandaya kömək etdiyim üçün şadam.

- Beş dəqiqəyə iki qol vurmağınıza baxmayaraq, "Qarabağ" sanki qolları bir az gec vurur. Sizcə, bu, "Neftçi"yə məğlubiyyətlə bağlıdır?

- Düşünmürəm ki, bu məğlubiyyətlər bizə mənfi təsir edir. Əksinə, uduzduğumuz oyunlardan dərs çıxarmağa çalışırıq. Çətin bir dövr keçirdik, səhvlərimizi analiz edib daha yaxşı olmağa çalışırıq. Gec qollar məsələsinə gəlincə, bilirdik ki, onlar çox güclü müdafiə olunan komandadır. Hər komanda onlara iki qol vura bilmir. Onları da yaxşı oyun münasibətilə təbrik edirəm.

- Bu qələbədən sonra xallar "Turan Tovuz"dan uzaqlaşdı. Növbəti oyun üçün bu sizə əlavə motivasiya verəcək?

- Bəli. Artıq çempion ola bilməyəcəyimizi bilirik. Ona görə də ikinci yeri qorumağa çalışmalıyıq. Eyni zamanda bu oyunları öyrənmə prosesi kimi də istifadə edirik, çünki növbəti mövsümdə qazanmaq istədiyimiz daha çox yarış olacaq və bu proses indidən başlayır.

- Növbəti oyunda "Qəbələ" ilə qarşılaşacaqsınız. Onlar turnir cədvəlində aşağı pillələrdə olsa da, bu oyunu asan qələbə hesab etmək olar?

- Xeyr, qətiyyən. Onlar çox təhlükəli komandadır. Hücumda sürətli oyunçuları var, baş məşqçiləri də çox yaxşıdır. Yaxşı hazırlaşmış komandadırlar. Bilirik ki, çətin səfər oyunu olacaq.

- Onların "Zirə" ilə oyununa baxmısınız?

- Bəli, məşqdən sonra oyunun son dəqiqələrini izlədik. Onlar da qolu sonda vurdu, buna görə çətin olacağını bilirik.

-Cərimə zərbələrini məşqlərdə işləmişdiniz?

-Bəli, bəzən məşqlərin sonunda fərdi işləmək üçün vaxtımız olur və bu kimi epizodları da çalışırıq.

- Bu qələbədən sonra Avropa Liqası uğrunda əsas namizəd olduğunuzu düşünürsünüz?

- Hazırda ən yaxın rəqibdən altı xal öndəyik və yaxşı şansımız var. Amma hələ heç nə rəsmiləşməyib. Rəsmiləşənə qədər nə etməli olduğumuzu bilirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Oxşar xəbərlər