top
Ayxan Hüseynov: Əsas hədəf avrokuboklara vəsiqə qazanmaq üçün mövqeni qorumaqdır Idman.biz
05 may 2026, 15:38
- ↺ +

Ayxan Hüseynov: Əsas hədəf avrokuboklara vəsiqə qazanmaq üçün mövqeni qorumaqdır

"Qarabağ" kimi komandaya qol vurmaq hər futbolçu üçün xoş hissdir. Epizodu hələ təkrar izləməmişəm, amma yaxşı alındığını düşünürəm. Uzun müddətdir qol vurmurdum və buna görə çox xoşbəxtəm".

Bu sözləri "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov deyib.

26 yaşlı yarımmüdafiəçi səfərdə "Qarabağ"a 1:2 hesablı məğlubiyyəti belə şərh edib.

"İlk hissədə pis təsir bağışlamadıq. Amma fasilədən sonra oyuna girişimiz yenə zəif alındı. Bu, bizdə tez-tez təkrarlanan problemdir. ‘Qarabağ" da bunu yaxşı dəyərləndirdi və qısa müddətdə iki qol vurdu. Sonradan oyunu çevirməyə çalışsaq da, alınmadı. Birinci hissədə daha çox mübarizə gedirdi, biz də əsasən əks-hücumlara üstünlük verirdik. Rəqib də hücumda təhlükəli idi. Amma ikinci hissənin əvvəli çox zəif alındı. Buraxdığımız qollar gözəl olsa da, belə epizodlara imkan verməməliyik. Sanki oyuna tam hazır çıxmamışdıq.

Sonda qol şanslarını qaçırdıq. Demək olar ki, 1 xal əldən getdi. Axır dəqiqələrdə real imkanlarımız oldu. Mənim də epizodum vardı, amma istifadə edə bilmədim. Bu cür məqamlar üzərində daha çox işləməliyik. İndi isə diqqəti növbəti oyuna yönəltməliyik", - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

Hüseynov azarkeş gözləntilərindən də danışıb:

"Azarkeşlər hər zaman bizdən maksimum nəticə gözləyir. Oyundan əvvəl xal fərqi az idi və qələbə ilə ikinci yerə yüksəlmək mümkün görünürdü. Amma əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu baxımdan üçüncü yer də pis nəticə sayılmaz. İndi əsas hədəf bu mövqeni qorumaqdır. Əgər üçüncü pilləni saxlaya bilsək, bu, uğurlu mövsüm olacaq. "Turan Tovuz" üçün Premyer Liqadakı ən yaxşı nəticələrdən biri olar".

"Qarabağ"a qarşı bu mövsüm qələbə qazana bilməmələrinə isə belə aydınlıq gətirib:

"Hər oyunda nəsə çatmadı. Üç görüşün hamısında minimal hesabla uduzduq. ‘Qarabağ" güclü rəqibdir, onlara qarşı oynamaq çətindir. Bir az da bəxt amili rol oynayır. Keçən mövsüm bəzi oyunlarda şans bizim tərəfimizdə idi, indi isə əksinədir. Mövsüm çox ağır keçir. Hazırda yalnız qalan oyunlara fokuslanmışıq. Çempionat bitdikdən sonra avrokubokları düşünmək olar. Baş məşqçimiz Kurban Berdıyevin avrokubok təcrübəsi çox zəngindir. Əvvəlki komandalarında yaxşı nəticələr qazanıb. Bu təcrübə bizə də kömək edəcək. Onun rəhbərliyi altında komandanın daha yaxşı hazırlaşacağına inanırıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Oxşar xəbərlər