top
Sumqayıt basketbol komandasının baş məşqçisi: Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır Report.az
27 mart 2025, 11:28
- ↺ +

"Sumqayıt" basketbol komandasının baş məşqçisi: "Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır"

Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır.

"Report"un məlumatına görə, bunu "Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın deyib.

Klubun mətbuat xidmətinə müsahibə verən mütəxəssis mövsümün gedişində baş məşqçi təyin olunması ilə bağlı danışıb:

"Hər şeydən əvvəl mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Hərçənd bu vəzifəyə gələndə komanda B qrupunda sonuncu pillədə idi. İndi isə inamla turnir cədvəlinin ortasında qərarlaşmışıq. Topladığımız xallar və qazandığımız qələbələr çox yaxşı kollektiv olduğumuzu göstərir. Baş məşqçi təyin olunduqdan sonra heyətdə yer alan legionerlərin hamısını dəyişdim. Təəssüf ki, transfer əməliyyatını limit problemi ilə üzləşdiyimizə görə sona qədər başa çatdıra bilmədim. İndi sərəncamımda cəmi 4 legioner var. Halbuki beşincini də gətirə bilərdik. Sizi əmin edirəm, bunu etsəydik, qrupda ilk pillə uğrunda mübarizə aparardıq".

O, "Sumqayıt"ı ötən mövsümlə müqayisə edib:

"Bu komanda daha yaxşı təsir bağışlayır. Məncə, indiki heyət daha güclüdür. Amma ötənilki kollektivdən Roderik Smiti indi sıralarımızda görmək istəyərdim. Onun yeri görünür. Smit çempionata damğa vuran oyunçulardan idi. Təəssüf ki, buraya qayıtmadı və karyerasını Meksikada davam etdirmək qərarına gəldi".

Baş məşqçi Azərbaycan Basketbol Liqasının ən məhsuldar komandası olmaları barədə də fikirlərini bölüşüb:

"Oyunda yüksək xallar toplamağı bacarırıq. Amma istərdik ki, yaxşı da müdafiə olunaq. Bu yöndə problemlərimiz var. Amma bunun da səbəbləri məlumdur. Ən əsası legionerləri rotasiya edə bilmədiyimizdən belə çətinliklə üzləşirik. Pley-in mərhələsində hansı komanda ilə qarşılaşacağımız elə də böyük önəm kəsb etməyəcək. Məqsəd qalib gəlib pley-offa çıxmaqdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Oxşar xəbərlər