top
“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır Idman.biz
Bu gün, 10:08
- ↺ +

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

"ABL-nin ilk dövrəsi kifayət qədər rəqabətli və maraqlı keçdi".

Bu sözləri "Ordu" basketbol klubunun baş məşqçisi Polad Həsənov deyib.

Mütəxəssis mövsüm ərzində komandalar arasında ciddi rəqabətin olduğunu vurğulayıb.

"Düşünürəm ki, çempionatın səviyyəsi və rəqabət baxımından yaxşı mövsüm izləyirik. Bizim üçün də ilk dövrə müəyyən mənada öyrənmə və özümüzü tanıma mərhələsi oldu. Bəzi oyunlarda yaxşı basketbol nümayiş etdirsək də, stabil çıxış etməkdə çətinlik çəkdik. Komandamızın üzərində işləmək və onu inkişaf etdirmək üçün kifayət qədər imkanımız var.

Açığı, ilk dövrənin nəticəsindən tam razı deyiləm. Mövsümə daha yaxşı başlamaq istəyirdik. Potensialımızın olduğunu bilirik, lakin hər oyunda bu potensialı tam ortaya qoya bilmədik. Müəyyən çətinliklərimiz oldu. Bəzi qarşılaşmalarda çox yaxşı mübarizə aparsaq da, kiçik detallar və oyunun kritik anlarında verdiyimiz qərarlar nəticəyə təsir göstərdi. Amma komandama inanıram. Yaxşı oyunçularımız və personalımız var, daha böyük hədəflərimiz mövcuddur. Əsas məqsədimiz səhvlərimizdən nəticə çıxarmaq, çatışmazlıqlarımız üzərində işləmək və daha stabil komanda formalaşdırmaqdır. Çünki komanda hər şeydən əvvəl birlik deməkdir", - deyə o AzB.az-a açıqlamasında bildirib.

Həsənov üçüncü dövrədə fərqli komanda görmək istədiyini vurğulayıb:

"Daha aqressiv, daha intizamlı və hər top uğrunda mübarizə aparan kollektiv olmalıyıq. Bizim üçün əsas məsələ təkcə nəticə deyil, həm də komandanın keyfiyyətinin və xarakterinin inkişafıdır. İnanıram ki, düzgün çalışsaq, qarşımıza qoyduğumuz hədəflərə çata bilərik.

Məqsədimiz daha yüksək hədəflər uğrunda mübarizə aparmaqdır. Mövsüm hələ başa çatmayıb və ən vacib oyunlarımız qarşıdadır. Ümid edirəm ki, bundan sonra, ikinci dövrədə fərqli bir komanda izləyəcəyik".

Qeyd edək ki, "Ordu" ilk dövrədən sonra doqquz xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Boks
Bu gün, 09:38

Azərbaycan boksçuları U-23 Avropa çempionatında qızıl medal üçün döyüşür

Futbol
Bu gün, 09:38

“Sabah” qol, Fermin qollar vuracaq?

Digər
Bu gün, 09:30

Zlatan İbrahimoviç “Qanqsterlər dünyası”nda

Futbol
Bu gün, 09:28

“Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA

Futbol
Bu gün, 09:23

“Barselona” stadiondan hava limanına tələsəcək

Futbol
Bu gün, 09:20

"Çelsi"nin futbolçusu qarət olundu

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Qarabağ FK
Bu gün, 08:50

Gəncə Şəhər Stadionu: Xəzər Lənkəran və Qarabağ üçün tam dolu tribunalar – VİDEO

Oxşar xəbərlər