"Xüsusi Olimpiya Avropa Badminton Turniri - Bakı 2026"nın bağlanış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən turnirdə 18 ölkənin idmançıları yeddi kateqoriya üzrə 24 divizionda mübarizə aparıblar.
Yarışda Azərbaycan təmsilçiləri ümumi medal sayına görə birinci yeri tutublar. İdmançılarımız 10 divizionda çıxış edərək iki qızıl, üç gümüş və beş bürünc medal olmaqla ümumilikdə 10 mükafat qazanıblar.
Azərbaycan idmançılarının nəticələri aşağıdakı kimi olub:
Qadınlar arasında qoşa yarış
Aybəniz Xasməmmədova və Adilə Rəsulova – bürünc medal.
Qadınlar arasında birləşmiş qoşa yarış
Nigar Kərimova və Həcər Nuriyeva – qızıl medal (1-ci divizion).
Kişilər arasında birləşmiş qoşa yarış
Yusif Bağırov və Ülvi Hüseynov – gümüş medal (1-ci divizion).
Kişilər arasında qoşa yarış
Əli Əsədov və Rafiq Həsənzadə – bürünc medal (3-cü divizion).
Maksim Maliqin və Ülvi Musayev – 4-cü yer (3-cü divizion).
Qadınlar arasında fərdi yarış
Nigar Kərimova – 4-cü yer (2-ci divizion).
Aybəniz Xasməmmədova – qızıl medal (4-cü divizion).
Adilə Rəsulova – gümüş medal (4-cü divizion).
Kişilər arasında fərdi yarış
Yusif Bağırov – bürünc medal (7-ci divizion).
Rafiq Həsənzadə – bürünc medal (8-ci divizion).
Maksim Maliqin – 4-cü yer (9-cu divizion).
Əli Əsədov – gümüş medal (10-cu divizion).
Ülvi Musayev – bürünc medal (10-cu divizion).