İtaliya A Seriyasının 12-ci turunda "Milan" doğma meydanda "Frozinone" ilə qarşılaşıb.
Sportify.az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən görüş "rossoneri"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 4-cü dəqiqəsində "Frozinone"nin müdafiəçisi Qabriele Kalvani avtoqol müəllifi olub. 19-cu dəqiqədə Qonsalu Ramuş "Milan"ın üstünlüyünü artırıb. Qonaqlar 25-ci dəqiqədə Patrizio Mazininin qolu ilə fərqi azaldıblar.
İkinci hissədə Ardon Yaşari 48-ci dəqiqədə hesabı 3:1 edib. Daha sonra 60-cı dəqiqədə Alfadjo Sisse, 68-ci dəqiqədə isə Kristian Pulişiç fərqlənərək "Milan"ın qələbəsində pay sahibi olublar.
Bu nəticədən sonra "Milan" 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Frozinone" isə 20 xalla 7-ci yerdədir.