Fransanın "Paris" futbol komandası Liqa 1-in 11-ci turunda böyükhesablı qələbə qazanıb. Paytaxt təmsilçisi doğma meydanda "Anje"ni 4:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın ilk hissəsində tərəflər fərqlənə bilməyiblər. Lakin fasilədən sonra meydan sahibləri hücumlarını qola çevirməyi bacarıblar.
Hesab 47-ci dəqiqədə açılıb. Zabi Qeu rəqib qapısına yol taparaq "Paris"i önə keçirib. Səkkiz dəqiqə sonra Luka Koleoşo fərqi iki topa çatdırıb.
65-ci dəqiqədə Maksim Lopes üçüncü qolu vuraraq hesabı böyüdüb. Bundan yeddi dəqiqə sonra Dieqo Koppola da fərqlənib və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 4:0.
Beləliklə, "Paris" ikinci hissədə nümayiş etdirdiyi məhsuldar oyun sayəsində üç xal qazanıb. "Anje" isə səfər qarşılaşmasında rəqib qapısına yol tapa bilməyib.
Qələbə sayəsində "Paris" PSJ ilə xal fərqinin üçə endirib və hazırda 23 xalla ikincidir. "Anje" isə səkkiz xala malikdir.