top
Argentina 62 ildən sonra ilk dəfə Braziliyanı 3 top fərqi ilə məğlub etdi  -YENİLƏNİB Lent.az
26 mart 2025, 19:22
- ↺ +

Argentina 62 ildən sonra ilk dəfə Braziliyanı 3 top fərqi ilə məğlub etdi -YENİLƏNİB

Dünya çempionu Argentina 62 ildən sonra ilk dəfə Braziliyanı 3 və ya daha çox top fərqi ilə məğlub etdi. Dünya çempionatının seçmə mərhələsinin 14-cü turunda Argentina Braziliyanı 4:1 hesabı ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Argentina Cənubi Amerika çempionatında sonuncu dəfə 1963-cü ilin martında Braziliyanı 3:0 hesabı ilə məğlub edib.1964-cü ilin iyununda Argentina yoldaşlıq görüşündə Braziliyaya yenə eyni hesabla qalib gəlib.

***

 

11:45

Futbol üzrə hazırkı dünya çempionu Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turunda Braziliyaya böyük hesabla (4:1) qalib gəlib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu uğur zədə səbəbindən iştirak etməyən Lionel Messinin komandasına erkən dünya çempionatına vəsiqəni təmin etməyə imkan verib.

Argentinanın "Monumental Antonio Vespucio Liberti" arenasında təkcə Cənubi Amerikanın deyil, bütün planetin titullu komandalarının döyüşü baş tutub. 60 mindən çox tamaşaçı önündə dünyanın ən yaxşı komandası "pentakampionlar"ı 4:1 hesabı ilə məğlub edib.

Argentinanın qollarını Enzo Fernandes, Xulian Alvares, Aleksis Mak Allister və Culiano Simeone vurub. Braziliya buna Matheus Kuninin təsəlli qolu ilə cavab verib.

Evdəki uğuru sayəsində Argentina 2026-cı il Dünya Çempionatına vəsiqə qazanan ilk Cənubi Amerika komandası olub.

Messinin komandasına bu seçmə mərhələdə Boliviya ilə Uruqvay arasında 0:0 hesablı heç-heçə də kömək edib.

Boliviyalı futbolçular xal baxımından Lionel Skaloni yetirmələrinə yetişmək şanslarını itiriblər; seçmə mərhələyə dörd tur qalmış argentinalılardan 14 xal geri qalırlar.

"Bizim 31 xalımız var, asan görünə bilər, amma sizi əmin edirəm ki, bu, heç də belə deyil. Buna nail olduq, tərifə layiqdir. Bazada biz Uruqvayın Boliviya ilə səfər oyununa baxdıq, orada özümüz necə oynadığımızı xatırladıq və bunun nə qədər çətin olduğunu düşündük. Ən başlıcası turnirin finalına vəsiqə qazandıq"", - Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Oxşar xəbərlər