Bu gün Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Rijeka şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda ilk oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız B qrupunun ilk turunda Polşa millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Ukrayna, İslandiya, Portuqaliya və Çexiya yığmaları ilə də üz-üzə gələcək.