top
Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq Idman.biz
Bu gün, 23:04
- ↺ +

Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında "Barselona" ilə keçirəcəkləri qarşılaşma barədə iddialı açıqlama verib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt" üzərində 5:1 hesablı səfər qələbəsindən sonra keçirilən mətbuat konfransında komandasının qarşıdakı matça yanaşmasından danışıb.

Dambrauskas Çempionlar Liqasındakı oyunların futbolçular üçün xüsusi fürsət olduğunu vurğulayıb:

"Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq".

Baş məşqçi "Sumqayıt"la qarşılaşmanın gedişinə də münasibət bildirib. Onun fikrincə, rəqibin azlıqda qalması həlledici məqamlardan biri olsa da, "Sabah" buna qədər də üstün oyun nümayiş etdirib.

"Rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir".

Dambrauskas matçda fərqlənən Xəyal Əliyevin çıxışından da razı qaldığını bildirib. O, gənc futbolçunun komanda üçün əhəmiyyətini vurğulayaraq verilən imkanlardan maksimum yararlanmasının vacibliyini qeyd edib:

"Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək mənim üçün fərəh hissidir".

Qeyd edək ki, "Sabah" noyabrın 25-də Çempionlar Liqasının əsas mərhələsində "Barselona"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:55

"Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satıldı: Gəncə stadionunda mövsümün təyinatı qeydə alınacaq

Güləş
Bu gün, 22:39

UWW Fərhad Bağırovu grapplinq üzrə Bakıdakı çempionatın əsas favoriti elan etdi

Futbol
Bu gün, 22:28

FIF rəhbəri Ayaz Abdullayevin Quba klubu ilə bağlı iddialarını rədd etdi

Futbol
Bu gün, 22:22

Aleksey İsayev Sumqayıt qarşısında qolu yeni doğulan körpəsinə həsr etdi

Futbol
Bu gün, 22:08

Kriştianu Ronaldu "Əl-Əhli" yenilməsində karyerasının 986-cı qolunu vurdu

Futbol
Bu gün, 22:01

"Sumqayıt"ın baş məşqçisi: "Sabah"a qarşı azlıqda oynamaq çox çətin idi

Futbol
Bu gün, 21:56

Mançester Yunaytedin məşqi dronla çəkilib və taktiki detallar açıqlanıb

Digər
Bu gün, 21:54

38 yaşlı amerikalı hamilə qadın 34-cü həftədə New York marafonunu 4:06:55 ilə bitirdi

Digər
Bu gün, 21:45

ASF ekspertinin Qubada "Üzməyi öyrənək" layihəsinin icrasını izləməsi

Digər
Bu gün, 21:33

Qazaxda 5-ci İdman Festivalının açılışı keçirildi

Futbol
Bu gün, 21:31

Dambrauskas: ‘Sabah’ 5–1 qələbəsində ‘Sumqayıt’ın məhvı

Futbol
Bu gün, 21:26

Qalatasarayda zədəli futbolçuların vəziyyəti açıqlanıb

Futbol
Bu gün, 21:17

PSG qapıçısı Lukas Şevalye ilə yollarını ayırmağı planlayır

Qarabağ FK
Bu gün, 21:02

“Kəpəz”–“Qarabağ” matçının biletları tam satılıb, Gəncədə yeni tamaşaçı rekordunun gözlənilməsi

Futbol
Bu gün, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Oxşar xəbərlər