Fransa Liqa 1-də 11-ci tura start verilib. Açılış oyununda "Trua" doğma meydanda "Havr"ı qəbul edib.
İdman.Biz xəbər verir ki, "Stad de l"Ob"da keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı üçüncü dəqiqədə qonaqların hücumçusu Coş Maca açıb. Lakin Antuan Mill 19-cu dəqiqədə tarazlığı bərpa edib, 69-cu dəqiqədə isə dublunu rəsmiləşdirərək "Trua"nı önə keçirib. Oyunda son nöqtəni 90+8-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Reno Ripar qoyub. "Havr"ın futbolçusu Enzo Koffi 89-cu dəqiqədə qırmızı vərəqə alıb.
Beləliklə, Valeryen İsmaelin "Havr"ın baş məşqçisi kimi debütü məğlubiyyətlə nəticələnib. "Trua" xalını 11-ə çatdıraraq düşmə zonasından çıxıb. İki xalı olan "Havr" isə sonuncu pillədə qalıb.