"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranmış problemlərdən sonra ilk dəfə komandasının oyununda məşqçi skamyasında yer alıb.
İdman.Biz xəbər verir ki, 40 yaşlı mütəxəssis Bundesliqanın 10-cu turunda "Köln"lə keçirilən ev qarşılaşmasında vəzifəsinin icrasına qayıdıb.
Oktyabrın sonunda gənclər komandasının məşqi zamanı huşunu itirən Kompani xəstəxanaya yerləşdirilmişdi. Tibbi müayinə zamanı onda beyin qişalarının qıcıqlanması aşkarlanmışdı.
Noyabrın 10-da məşqlərə qayıdan belçikalı mütəxəssis çiynindəki zədədən də bərpa prosesi keçib. Onun yoxluğunda komandanı müvəqqəti olaraq köməkçisi Aaron Danks çalışdırıb.