top
Sumqayıtın baş məşqçisi: Sabaha qarşı azlıqda oynamaq çox çətin idi Sport24.az
Bu gün, 22:01
- ↺ +

"Sumqayıt"ın baş məşqçisi: "Sabah"a qarşı azlıqda oynamaq çox çətin idi

Misli Premyer Liqasının XII turunda öz meydanında "Sabah"a 1:5 hesabı ilə məğlub olan "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:

 

– Axşamınız xeyir olsun. Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynamaq, təbii ki, çox çətindir. Düşünürdük ki, 90 dəqiqə ərzində bərabər sayda oynasaydıq, bəlkə də fərqli nəticə əldə etmək olardı. Amma oyunun gedişində bir futbolçumuzu itirdikdən sonra hər şey çətinləşdi. İlk 15 dəqiqədə komandamın yaxşı oynadığını düşünürəm. Topa nəzarət edə bilir, qol imkanları yaradırdıq. "Sabah"ın ardıcıl beş matçdır qələbə qazana bilmədiyini və bu gün mütləq qələbə üçün yüksək enerji, əzmkarlıq sərf edəcəyini nəzərə almışdıq. Hər şey bizə aydın idi. Təxminən ilk 15 dəqiqədə üstün tərəf biz olduq. Daha sonra rəqib təşəbbüsü ələ aldı və qapımıza ilk zərbədə qolu vurdu. Bu qoldan sonra komandam qırmızı vərəqə alana qədər yaxşı reaksiya verdi. Azlıqda qaldıqdan sonra "Sabah"la mübarizə aparmaq həqiqətən çox çətin idi. Nəticə bizi məyus etdi, çünki belə güclü komandaya qarşı azlıqda mübarizə aparmaq çox çətindir. Çalışırdıq ki, heç olmasa ilk hissəni bərabərliklə başa vuraq, amma alınmadı. Fasiləyə məğlub durumda yollanmaq da, futbolçularıma təslim olmamağı tapşırdım. Bildirdim ki, özümüz qol imkanı yarada, rəqibin səhvindən yararlana və ya onun qırmızı vərəqə alması ilə vəziyyəti dəyişə bilərik. Oyundan qopmamaq, mümkün qədər diri qalmaq lazım idi. Lakin rəqibin çox keyfiyyətli oyunçuları var, yaxşı imkanlar əldə etdilər və yekunda bu hesab qeydə alındı.

 

– Lukas Blekə göstərilən ikinci sarı vərəqə və onun qırmızı kartla meydandan qovulması haqqında nə deyə bilərsiniz?

 

– Düşünürəm ki, oyun ərzində iki ciddi səhvə yol verdik. Birincisi odur ki, autdan topu rəqibə verdik və qapımızda qol gördük. İkincisi isə Blekin vəziyyətidir. Futbolçu unutmamalıdır ki, sarı vərəqəsi var və daha ehtiyatlı davranmalıdır. Bəlkə də hansısa epizodda rəqibin qol vurması belə qırmızı vərəqə almaqdan daha yaxşıdır. Hakimin qərarına gəlincə, açığını deyim ki, hələ epizodun təkrarına baxmamışam, ona görə də dəqiq nəsə deyə bilməyəcəyəm. İstənilən halda, bu, hamımız üçün məyusedici haldır. Blek mərkəz xəttində komandamız üçün çox vacib oyunçudur və onun mövsümdə ilk qırmızı vərəqəsidir. Belə bir futbolçunu itirmək bizi məyus etdi.

 

– Stadion və ümumi ab-hava barədə təəssüratlarınız necədir?

 

– Stadion və atmosfer möhtəşəm idi. Təəssüf ki, nəticədən narazı və məyusam, hesab məni sevindirmir. Amma belə stadionda, belə meydançada oynamaq xoş idi. Azarkeşlərimizə daha çoxunu bəxş etmək istəyirdik. 3 xal, hətta üç 3 xal. Niyə də olmasın? Təəssüf ki, belə ssenari alındı. Futbolçularımın məyus olduğunu görmək mənim üçün də ağırdır. Onlar ilk 30 dəqiqəni çox yaxşı oynadılar. Hətta azlıqda qaldıqda belə mübarizəni dayandırmadılar, oyundan qopmadılar, sona qədər vuruşdular. Düşünürəm ki, azarkeşlər və meydança üçün daha yaxşı nəticələr qazana bilərik. Komandamızda güc var, hər şey daha yaxşı olacaq.

 

– Bu nəticə məhz qırmızı vərəqəyə görə qeydə alındı?

 

– Hakimə də dedim ki, oyun 11-in 11-ə davam etsəydi, daha maraqlı, balanslı və yaxşı matç izləyə bilərdik. Hər kəsin yaxşı futbol görməyə haqqı var idi. Qırmızı vərəqəyə qədər komandamızın yaxşı oynadığını düşünürəm. Nəsə etmək olardı, amma qırmızı vərəqədən sonra çox şey itirdik. Bəli, azlıqda qalmağımız oyunun gedişinə həlledici dərəcədə təsir göstərdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:08

Kriştianu Ronaldu "Əl-Əhli" yenilməsində karyerasının 986-cı qolunu vurdu

Futbol
Bu gün, 21:56

Mançester Yunaytedin məşqi dronla çəkilib və taktiki detallar açıqlanıb

Digər
Bu gün, 21:54

38 yaşlı amerikalı hamilə qadın 34-cü həftədə New York marafonunu 4:06:55 ilə bitirdi

Digər
Bu gün, 21:45

ASF ekspertinin Qubada "Üzməyi öyrənək" layihəsinin icrasını izləməsi

Digər
Bu gün, 21:33

Qazaxda 5-ci İdman Festivalının açılışı keçirildi

Futbol
Bu gün, 21:31

Dambrauskas: ‘Sabah’ 5–1 qələbəsində ‘Sumqayıt’ın məhvı

Futbol
Bu gün, 21:26

Qalatasarayda zədəli futbolçuların vəziyyəti açıqlanıb

Futbol
Bu gün, 21:17

PSG qapıçısı Lukas Şevalye ilə yollarını ayırmağı planlayır

Qarabağ FK
Bu gün, 21:02

“Kəpəz”–“Qarabağ” matçının biletları tam satılıb, Gəncədə yeni tamaşaçı rekordunun gözlənilməsi

Futbol
Bu gün, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Oxşar xəbərlər