İspaniya La Liqasının 13-cü turunda "Espanyol" səfərdə Bilbao "Atletik"ini məğlub edib.
İdman.Biz xəbər verir ki, "San Mames" stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini 66-cı dəqiqədə Roberto Fernandesin vurduğu yeganə qol həll edib.
Bu nəticədən sonra "Espanyol" 13 oyunda 15 xal toplayaraq turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Bir oyun az keçirən "Atletik" isə 16 xalla yeddinci sıradadır.
Növbəti turda "Atletik" noyabrın 28-də "Malaqa"nın qonağı olacaq. "Espanyol" isə noyabrın 30-da doğma meydanda "Xetafe"ni qəbul edəcək.