top
Vasiliadis: Oyunçularımız sanki istirahətə gəlmişdilər Sport24.az
Bu gün, 14:40
- ↺ +

Vasiliadis: "Oyunçularımız sanki istirahətə gəlmişdilər"

"Neftçi" basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda "VEF Riqa"ya qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, yunanıstanlı mütəxəssis komandasının çıxışından narazı qaldığını bildirib.

 

O, görüşə hazırlıqsız başladıqlarını və rəqibin müdafiədə güclü təzyiq göstərdiyini vurğulayıb:

 

"Bu oyun bizim üçün böyük dərs oldu. Oyunçularımız sanki bura istirahətə gəldiklərini düşünürdülər. Görüşə enerjisiz, mübarizə aparmaq istəyi olmadan başladılar. Riqa komandası isə müdafiədə çox sərt oynadı. Onlar topa güclü təzyiq göstərdilər və bizə heç bir boş imkan vermədilər. Topu düzgün hərəkət etdirə bilmədiyimiz üçün atışlar etməkdə çətinlik çəkdik. Çoxlu səhvlərə yol verdik və bütün bunlar diqqət, konsentrasiya çatışmazlığından irəli gəlirdi.

 

Əgər FIBA Avropa Kuboku kimi yüksək səviyyəli yarışlarda çıxış etmək istəyirsənsə, hər gün, hər an, hər dəqiqə 100 faiz hazır olmalısan. Oynamaq, mübarizə aparmaq və hər epizodda qalib gəlmək istəyin yoxdursa, yüksək standartlara malik komandalarla rəqabət aparmaq mümkün deyil.

 

Bu qarşılaşma gənc, yerli basketbolçularımız üçün də yüksək səviyyəli komandaya qarşı oynamaq imkanı yaratdı. Düşünürəm ki, onlar legionerlərimizdən daha yaxşı çıxış etdilər. Topu hərəkət etdirməyə, müdafiədə rəqibə təzyiq göstərməyə çalışdılar. Onların çıxışından çox razıyam. Artıq sabahdan etibarən növbəti matça hazırlaşmağa başlayacağıq. Müsbət məqam odur ki, bütün oyunçularımızın vəziyyəti yaxşıdır. Bazar günü "Naxçıvan" komandasına qarşı keçirəcəyimiz oyuna ciddi şəkildə hazırlaşacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:42

Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olundu

Voleybol
Bu gün, 14:34

16 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatı təsnifatında rəqiblər güclüdür, amma ümidsiz deyilik"

Futbol
Bu gün, 14:30

FİFA prezidentliyi üçün 3 namizəd təsdiqləndi: İnfantino, Diallo və Taşima

Futbol
Bu gün, 14:29

Xosep Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtina etdi

Futbol
Bu gün, 14:20

PSJ kapitanı Markinyos müqavilə uzatmağı planlaşdırır

Cüdo
Bu gün, 14:07

Tahir Abdullayev: 2027-ci ilin sonuna qədər UFC reytinqinə düşməyi hədəfləyir

Futbol
Bu gün, 14:00

Rail Məlikov: AFFA uşaq futbolunun inkişafı və 15 yaşlılar arasında Dünya Çempionatının keçirilməsi üçün səylərini artırır

Futbol
Bu gün, 13:53

İtaliyanın Empoli futbol klubu Maui adlı iti rəsmi maskotu kimi müqavilə ilə ətrafa verərək təqdim etdi

Olimpiada
Bu gün, 13:49

Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafı mövzusunda görüşdü

Futbol
Bu gün, 13:40

Milan klubunda icarədə olan Omar Hutchinson: “Arzum bu klubda qalmaqdır”

Futbol
Bu gün, 13:38

FIFA 2030 Dünya Çempionatında su fasilələri və reklam imkanları planlaşdırılır

Futbol
Bu gün, 13:36

Real Madrid Endriklə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 13:19

FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı

Futbol
Bu gün, 13:08

Barselona yarımmüdafiəçisi Rodri zədə səbəbindən Sabaha qarşı matçı buraxacaq

Digər
Bu gün, 13:00

Nazir Fərid Qayıbov Bakıda 18 ölkənin iştirakı ilə keçirilən inklüziv badminton avropa yarışının açılışında iştirak edib

Minifutbol
Bu gün, 13:00

Fərid Babayev: 2026/2027 mövsümündə futzalda legioner limiti, U-19 liqası və komandaların sayının artırılması

Futbol
Bu gün, 12:53

Joan Qarsiya 80,6 Milyon Avro Transfer Dəyəri ilə Dünyanın Ən Yüksək Qapıçısı

Minifutbol
Bu gün, 12:20

Minifutbol: Azərbaycan milli komandası reytinqdə ikincidir

Futbol
Bu gün, 12:08

Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış

Olimpiada
Bu gün, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Futbol
Bu gün, 12:00

Samir Abasov: Şahruddinin pley‑off şanslarını bilməməsi təbii haldır

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Oxşar xəbərlər