"Qolden Steyt"in baş məşqçisi Stiv Kerr MBA-da ən çox qazanan məşqçilərinin siyahısına başçılıq edir. 61 yaşlı mütəxəssis mövsümdə 17,5 milyon dollar qazanır.
İkinci yerdə 15 milyon dollarla Tayron Lyu ("Los-Anceles Klippers") və Erik Spoelstra ("Mayami") qərarlaşıb.
Kerr 2014-cü ildən "Qolden Steyt"ə rəhbərlik edir və onun başçılığı altında komanda 4 dəfə MBA çempionu olub. "Golden Steyt" 2015, 2017, 2018 və 2022-ci illərdə bu uğura imza atıb.