top
Ratomir Deliç: Dünya Kubokunda qələbə üçün heç bir rəqibdən çəkinmirik Sport24.az
24 may 2026, 15:59
- +

Ratomir Deliç: Dünya Kubokunda qələbə üçün heç bir rəqibdən çəkinmirik

Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Kubokunda A qrupunda mübarizə aparacaq. Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ratomir Deliç Dünya Kuboku ilə bağlı fikirlərini bölüşüb.

 

Sport24.az xəbər verir ki, mütəxəssis 1-7 iyun tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək yarışda iştirakın komanda üçün böyük qürur və məsuliyyət olduğunu bildirib.

 

"Dünya Kuboku kimi yüksəksəviyyəli turnirdə iştirak etmək hər bir idmançı və məşqçi üçün uşaqlıqdan qurulan ən böyük arzudur. Ən güclü komandalara qarşı dünya çempionluğu uğrunda mübarizə aparmaq bizim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir", - deyə Ratomir Deliç qeyd edib.

 

Baş məşqçinin sözlərinə görə, yığma meydanda olduğu hər 10 dəqiqə ərzində maksimum diqqətini, enerjisini və mübarizə əzmini ortaya qoymağa çalışacaq:

 

"Məqsədimiz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxmaq və ölkəmizi layiqincə təmsil edərək uğurlu nəticə qazanmaqdır. Turnirdə dünyanın ən güclü 3x3 basketbolçuları və yüksəksəviyyəli komandaları iştirak edəcək. Bununla belə, biz heç bir rəqibdən çəkinmirik. İnanıram ki, hazırkı fokusumuzu və oyun intizamımızı qorusaq, istənilən komandaya qarşı rəqabət aparacaq gücə sahibik".

 

Ratomir Deliç yığmanın əsas məqsədinin meydanda öz oyununu göstərmək və potensialını maksimum səviyyədə ortaya qoymaq olduğunu vurğulayıb.

 

"Bunu bacarsaq, nəticədən asılı olmayaraq çıxışımızdan razı qala bilərik", – deyə o əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda Niderland, Polşa, Çexiya və Madaqaskar yığmaları ilə birlikdə A qrupunda yer alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:20

Tottenhem "Monako"ya 60 milyon avro təklif edib

Futbol
Bu gün, 04:10

„Korintians“ Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib

Futbol
Bu gün, 03:19

“Arsenal”ın müdafiəçisi “Mançester Yunayted” və “Çelsi”yə təklif olunub

Futbol
Bu gün, 02:30

Fənərbaxçaplay-off mərhələsinə yüksəldi

Futbol
Bu gün, 02:11

"Mançester Siti" "Çelsi"dən Enso Fernandesin transferi üçün 120 milyon funt sterlinq təklif edib

Futbol
Bu gün, 01:52

Ronald Arauxo: İngiltərə Premyer Liqası mənim keyfiyyətlərimə uyğundur

Futbol
Bu gün, 01:19

Makallister "Siti"yə gələ bilər

Futbol
Bu gün, 01:00

Srvena Zvezda Hapoelə məğlub olduqdan sonra baş məşqçisini qovdu

Futbol
Bu gün, 00:59

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları

Futbol
Bu gün, 00:44

NEC Neymegen tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

Futbol
Bu gün, 00:35

Fənərbağça Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

Futbol
Bu gün, 00:20

Slovan Bratislava Çempionlar Liqasında Möllbüə qalib gəlib

Minifutbol
Dünən, 23:59

Gürcülər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı

Basketbol
Dünən, 23:50

U-16 qadın milli basketbol komandası İsveçə məğlub olub

Futbol
Dünən, 23:37

Kriştianu Ronaldu və Corcina Rodriges nişanlandı - FOTO

Futbol
Dünən, 23:08

Bodo-Qlimt Çempionlar Liqasına yaxınlaşdı

Futbol
Dünən, 22:50

Sabahın baş məşqçisi hesab edir ki, komandadakı oyunçular peşəkardırlar

Futbol
Dünən, 22:44

"Kayrat" Çempionlar Liqasının əsas mərhələsindən kənarda qaldı

Futbol
Dünən, 22:36

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Futbol
Dünən, 22:28

Poulsen: “Sabah”ın hücumuna qarşı böyük səhvlər etdik”

Futbol
Dünən, 22:11

Karvan-Yevlax 1-ci liqa komandası üzərində qələbə qazanıb

Futbol
Dünən, 21:44

Vitinya “Qızıl top”un PSJ oyunçularına verilməsini istəyir

Futbol
Dünən, 21:28

Mixaylo Mudrikinin transferi ilə bağlı son xəbər

Futbol
Dünən, 21:12

“Neftçi” Macarıstan millisinin futbolçusunu transfer edib

Oxşar xəbərlər