"Srvena Zvezda" "Hapoel Beer Şeva"ya məğlubiyyətdən sonra Deyan Stankoviçi baş məşqçi vəzifəsindən kənarlaşdırıb.
İdman.Biz bildirir ki, bu barədə "Çempionat" məlumat yayıb.
Stankoviçin komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ikinci oyununda "Hapoel Beer Şeva"ya 2:0 hesabı ilə məğlub olub. Serbiya komandası ümumi hesabda 3:0 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizədən kənarlaşıb.