"Tottenhem Hotspur" hücumçu Folarin Balogun üçün "Monako"ya 60 milyon avro təklif edib.
İdman.Biz bildirir ki, bu barədə "L'Équipe" qəzeti məlumat verir.
Mənbənin məlumatına görə, London klubu 25 yaşlı hücumçunu transfer etmək uğrunda mübarizədə liderliyi ələ keçirib. "Tottenhem" "Nyukasl"ı geridə qoyub. "Monako" ABŞ millisinin oyunçusunun satışı ilə bağlı danışıqlara açıqdır.
Ötən mövsüm Balogun bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 19 qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.