"Neftçi" basketbol klubu yeni mövsüm öncəsi heyətini milli komandanın üzvü ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi 194 sm boya malik hücumçu Cəbrayıl Əkbərovu transfer edib.
24 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb. Əkbərov ötən mövsüm "Gəncə" basketbol klubunun şərəfini qoruyub.
Yeni transfer yalnız klub səviyyəsində deyil, Azərbaycan millisindəki çıxışı ilə də diqqət çəkib. O, yığmanın heyətində beynəlxalq turnirlərdə, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.
Xatırladaq ki, bu transferlə bağlı İdman.Biz olaraq ötən ay məlumat paylaşmışdıq.