"Sabah" basketbol klubu heyətini yeni transferlə gücləndirib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi litvalı forvard Mindauqas Suşinskasla müqavilə imzalayıb.
204 sm boya malik basketbolçu ilə iki illik anlaşma əldə olunub.
Karyerası ərzində Litvanın "Alytaus Dzūkija" və "Prienai", Almaniyanın "NINERS Chemnitz", həmçinin İspaniyanın "Basquet Girona" klublarında çıxış edən Suşinskas son üç mövsümü İspaniyanın yüksək səviyyəli ACB Liqasında keçirib.
Basketbolçu Almaniya klubunun heyətində FIBA Avropa Kubokunda orta hesabla hər oyuna 11,3 xal, 4 ribaund və 2,5 məhsuldar ötürmə ilə yadda qalıb.