UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, mərhələnin növbəti matçlarında gərgin mübarizə yaşanıb.
Hər iki qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub.
Kiprdə keçirilən dramatik oyunda "Bann" səfərdə "Apollon"u 4:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Günün digər matçında isə "Panatinaikos" Bolqarıstanda "ÇSKA 1948" (Sofiya) klubu üzərində 2:1 hesablı qələbə çalaraq növbəti mərhələyə adlayıb.
Qeydə alınan nəticələr:
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust
Apollon (Kipr) – Brann (Norveç) 2:4 (İlk oyun 1:0)
ÇSKA 1948 Sofiya (Bolqarıstan) – Panatinaikos (Yunanıstan) 1:2 (İlk oyun 1:1)