Slovakiyanın "Slovan Bratislava" klubu Çempionlar Liqasında ikinci "Bodo-Qlimt" möcüzəsinin qarşısını alıb.
İdman.Biz bildirir ki, komanda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində doğma meydançada İsveçin "Möllbü" komandası ilə qarşılaşıb.
Matç 2:0 hesabı slovakiyalıların xeyrinə bitib.
İlk oyunda 2:1 hesabı ilə qalib gələn "Slovan" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. "Möllbü" isə mübarizəsini Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Xatırladaq ki, İsveçin Hellevik kiçik balıqçı kəndindən (əhalisi 1485 nəfər) olan "Möllbü" ötən il klub tarixində ilk dəfə ölkə çempionu olub.
İlk dəfə Çempionlar Liqasına qatılan komanda ikinci təsnifat mərhələsində Cəbəlüttariqin "Linkoln" klubunu mübarizədən lkənarlaşdırıb.
Ötən il Norveçin kiçik bir qəsəbəsini təmsil edən "Bodo-Qlimt" klubu Çempionlar Liqasının əsas mərhələsini keçərək pley-offa qədər irəliləmişdi.