NBA klubu "Los-Anceles Klippers" bir gün ərzində liqanın ən alçaqboylu və ən hündür basketbolçuları ilə müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, 168 sm boya malik yaponiyalı oyunqurucu Yuki Kavamura hazırda NBA-da çıxış edən ən alçaqboylu basketbolçudur.
Kavamura ötən mövsüm "Çikaqo Bulls"un formasını geyinib. O, 18 oyunda orta hesabla 11,6 dəqiqə meydanda olub və 3,4 xal, 2,6 məhsuldar ötürmə ilə yadda qalıb.
Yaponiyalı basketbolçu "Bulls"un G Liqasındakı filial komandasında da 11 oyuna çıxıb. O, həmin qarşılaşmalarda orta hesabla 18,7 xal, 5 ribaund və 11 məhsuldar ötürmə ilə çıxış edib.
"Clippers" eyni gündə 226 sm boya malik mərkəz Jamarion Şarpı da heyətinə qatıb.
Sharp 226 sm boyu ilə hazırda NBA-nın ən hündür basketbolçusudur. O, daha əvvəl "Dallas Mavericks"də çıxış edib.
Beləliklə, "Los-Anceles Klippers" bir gün ərzində boy baxımından NBA-nın iki əks qütbündə yer alan basketbolçuları heyətinə qatıb.