Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, son oyun günündə bir oyun planlaşdırılıb.
"Sərhədçi" İdman Arenasında "Abşeron Lions" "Gəncə"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Abşeron Lions" A qrupunda 21 xalla ikinci, "Gəncə" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.