Almaniya Bundesliqasında 11-ci tura start verilib.
İdman.Biz xəbər verir ki, turun açılış oyununda "Verder" doğma meydanda Münhenqladbax "Borussiya"sını qəbul edib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Qonaqlar 27-ci dəqiqədə Kevin Diksin penaltidən vurduğu qolla hesabı açıblar. 38-ci dəqiqədə Eren Dinkçi tarazlığı bərpa edib.
Fasilədən sonra Frank Onora (47) və Vail Mohia (78) "Borussiya"nı 3:1 hesabı ilə önə keçiriblər. Lakin 85-ci dəqiqədə Dinkçi dubl edərək fərqi azaldıb, 90+2-ci dəqiqədə isə Niklas Füllkruq meydan sahiblərini məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra 19 xalı olan "Verder" turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Borussiya" isə beş xalla sonuncu, 18-ci yerdədir.
Növbəti turda hər iki komanda dekabrın 5-də səfərdə oynayacaq. "Verder" Frankfurt "Ayntraxt"ı, "Borussiya" isə Leverkuzen "Bayer"i ilə qarşılaşacaq.