top
Gürcüstanın baş naziri «Beşiktaş» – «Hapoel Beer-Şeva» matçındakı insidenti qiymətləndirdi Oxu.az
Dünən, 23:18
- ↺ +

Gürcüstanın baş naziri «Beşiktaş» – «Hapoel Beer-Şeva» matçındakı insidenti qiymətləndirdi

«İlk növbədə polislərə və daxili işlər nazirinə təşəkkürlə başlamaq istəyirəm, onlar çox ağır təxribatlar şəraitində asayişi qorumaq, asayişin qorunmasını təmin etmək və təxribatların qarşısını almaq üçün hər şeyi etdilər. Onların hər biri, hər bir polis əməkdaşı bizdən xüsusi təşəkkürə layiqdir».

Oxu.Az 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin Batumidə «Beşiktaş»- «Hapoel Beer-Şeva» matçında baş vermiş insidentlə bağlı sualına cavab olaraq açıqlayıb.

İdman Gürcüstanda saxlanılan «Beşiktaş» azarkeşləri sərbəst buraxıldılar - Video

Hökumət başçısının qiymətləndirməsinə əsasən, bunlar çox ağır təxribatlar idi.

«Təəssüf ki, bu cür hallardan yanlış ritorika və yanlış mesajlar üçün istifadə etməyə çalışan çoxlu insan var, o cümlədən bu da istisna hal olmadı. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu matçın keçirilməsindən söz gedəndə, biz türk dostlarımıza ölkədən kənarda, lakin dolu tribunalarla bu futbol matçını ölkəmizdə keçirmək kimi unikal imkan təklif etdik. Başqa ölkədə onlara belə bir imkan verilməzdi. Biz bunu nəzərə aldıq. Təbii ki, risklərin mövcud olmasına baxmayaraq, biz iki ölkəni - Gürcüstan və Türkiyəni birləşdirən məhz sıx dostluğumuzu nəzərə alaraq bu dostluq jestini etdik. Şadam ki, türk azarkeşlərin əksəriyyəti bizim bu təklifimizi çox ləyaqətlə qəbul etdi və onlar ölkəmizə çox layiqli şəkildə gəldilər. Lakin təxribatçı hərəkətləri ilə seçilən və azarkeş belə adlandıra bilməyəcəyim bir neçə yüz nəfər var idi. Bu, bizim üçün çox məyusedici idi. Azarkeşə bu cür təklif edəndə və onlar buna yanlış hərəkətlərlə cavab verəndə, bu, çox məyusedici olur. Lakin nəticədə polis bizim məsuliyyətimiz olan asayişin qorunmasını təmin etdi və buna görə bir daha bütün polislərə təşəkkür edirəm.

Artıq bütün gürcü təxribatçıları, bu cür hallardan təxribatçı bəyanatlar üçün istifadə edən radikallardan bəhs edirəm, Gürcüstanın maraqlarının maksimum dərəcədə qayğısına qalmağa və təxribatçı, utancverici bəyanatlardan çəkinməyə çağırıram» - deyə baş nazir bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:59

"Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzdu, uğursuz seriya davam edir

Futbol
Bu gün, 01:52

Brest Parislə çempionatda qələbə seriyasını bitirdi

Futbol
Bu gün, 01:49

"Bolonya" "Venetsiya" qarşılaşmasında heç‑heçə, xal sayını 19‑a çatdırdı

Futbol
Bu gün, 01:40

Alman forvardı Nikolo Tresoldi Avropanın dörd böyük klubunun marağında

Futbol
Bu gün, 01:35

Tovuzda Turan – Kapaz Qərb derbisi, Mərdəkanda Sabah – Araz‑Naxçıvan döyüşü

Futbol
Bu gün, 01:33

Verder 3:3 Borussiya qarşısında son dəqiqədə xilas oldu

Futbol
Bu gün, 01:24

«Səbail» – «Şimal» matçının videoicmalı (5:2)

Futbol
Bu gün, 01:16

"Barselona" Baldenin satışına müdafiə xəttini gücləndirmə şərtini qoyub

Futbol
Bu gün, 00:57

Polis insidenti Hall City futbolçusunun Premyer Liqa karyerasına təsir etdi

Futbol
Bu gün, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Futbol
Bu gün, 00:47

Ronaldo Barselonadan Interə transferini 8 milyon təkliflə izah etdi

Futbol
Bu gün, 00:38

Mourinyo, Real Madrid"in İspan futbolcularının azlığına espriyle yanaştı

Futbol
Bu gün, 00:26

"Liverpul bu mövsüm bir oyunda çıxan futbolçunu satmağı planlaşdırır"

Futbol
Bu gün, 00:20

Kimmixin Musiala ilə bağlı açıqlamaları "Bayern" rəhbərliyinin narazılığına səbəb olub

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Futbol
Bu gün, 00:18

Türkiyə Super Liqasının XIII turunda ilk oyunlar başa çatıb

Futbol
Bu gün, 00:10

Empoli, Raul Albiol'u Teknik Köməkçi olaraq işə götürəcək

Futbol
Bu gün, 00:08

"Konyaspor" və "Rizəspor"dan qələbə

Futbol
Bu gün, 00:00

Roma klubunun vingeri Matias Sule‑ni 55‑60 milyon avroya sata bilər

Futbol
Dünən, 23:57

Almaniyanın 2-ci liqasında çıxan müdafiəçi İngiltərə klublarını fırladıb

Güləş
Dünən, 23:45

Azərbaycan güləşinin zəngin irsi idman sərgisində təqdim edilir

Güləş
Dünən, 23:42

"Deflimpiyaçı güləşçilərimiz Ermənistanda altı medal qazandı"

Futbol
Dünən, 23:40

"Səbail"in hücumçusu Qubaya köçəndən sonra nəticələrin yaxşılaşacağını ümid edir

Futbol
Dünən, 23:40

"Turan Tovuzda Kəpəzlə qarşılaşır, 200 Gəncə azarkeşi gəlir"

Oxşar xəbərlər