Türkiyə Superliqasında 13-cü tura iki qarşılaşma ilə start verilib. "Rizespor" və "Konyaspor" hesabda geri düşdükləri oyunları qələbə ilə başa vurublar.
İdman.Biz xəbər verir ki, "Rizespor" öz meydanında "Kasımpaşa"nı 3:2 hesabı ilə məğlub edib.
Meydan sahiblərini 22-ci dəqiqədə Kazim Laçi önə keçirib. Qonaqlar Klaudio Vinkin 32-ci və Elson Mendesin 47-ci dəqiqədə vurduqları qollarla hesabı xeyirlərinə dəyişiblər. Lakin "Rizespor" son dəqiqələrdə geridönüş edib. Emrecan Bulut 81-ci dəqiqədə tarazlığı bərpa edib, Cennaro Borrelli isə 90+1-ci dəqiqədə qələbə qolunu vurub.
Digər görüşdə "Konyaspor" səfərdə "Alanyaspor"a 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin futbolçusu Yani Haci 15-ci dəqiqədə hesabı açıb. Jakson Muleka 23-cü dəqiqədə bərabərlik qolunu vurub. Qarşılaşmanın taleyini isə 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Mostafa Mohamed həll edib.
Bu nəticələrdən sonra "Rizespor" 20 xalla doqquzuncu pilləyə yüksəlib. "Kasımpaşa" 23 xalla beşinci yerdə qalıb. "Alanyaspor" 12 xalla 14-cü, "Konyaspor" isə 11 xalla 15-ci pillədə qərarlaşıb.
Turnir cədvəlinə 31 xalla "Qalatasaray" başçılıq edir. "Trabzonspor" 28 xalla ikinci, "Beşiktaş" 25 xalla üçüncüdür.