MBA Avropada yeni basketbol arenası tikintisi və mövcud zalların yenilənməsi üçün azı 10 milyard avroluq investisiya planını açıqlayıb.
Layihə MBA və FIBA-nın 2027-ci ildə fəaliyyətə başlatmağı planlaşdırdığı "NBA Europe" turnirini dəstəkləmək məqsədi daşıyır. Təşəbbüs çərçivəsində idman infrastrukturu müasirləşdiriləcək və yerli iqtisadi inkişafın təşviqi nəzərdə tutulur.
Layihəyə "Apollo Sports Capital", "Blackstone", "BlackRock", "J.P. Morgan" və digər nüfuzlu investisiya şirkətləri dəstək verəcək. Bununla belə, MBA-nın Avropada Avroliqa ilə əməkdaşlıq edəcəyi, yoxsa ayrıca turnir yaradacağı hələ dəqiqləşməyib.