Futbolçu karyerası ərzində "Real" və "Napoli"dəki çıxışı ilə tanınan Raul Albiol "Empoli"də işə başlayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu yaxın günlərdə ispaniyalı mütəxəssisin təyinatını rəsmən açıqlayacaq.
Albiol, Lorenso Tonellinin məşqçilər heyətində yer alacaq və texniki köməkçi vəzifəsini icra edəcək.
"Empoli" hazırda İtaliyanın ikinci ən güclü liqası olan B Seriyasında çıxış edir. Komanda 13 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.