Ronaldo "Barselona"dan "İnter"ə pul səbəbindən keçdiyini etiraf edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniya klubunda bir mövsüm keçirib. Hücumçu 1997-ci ilin yayında "İnter"ə transfer olunub.
"Barselona" məni 20 milyona transfer etmişdi və mən bu məbləğin əhəmiyyətli hissəsini almışdım. Orada ildə 2 milyon qazanırdım, "İnter" isə mənə 8 milyon təklif etdi. Buna görə də ayrılmağa qərar verdim", – deyə Ronaldo "Stick to Football" podkastında bildirib.