MBA-nın ulduzu Lebron Ceymsin 2020-ci ildə Kobi Brayantın vida mərasimində iştirak etməməsinin səbəbi açıqlanıb.
Jurnalist Pablo Torre və komik Adam Fridlandın iddiasına görə, mərhum basketbolçunun həyat yoldaşı Vanessa Brayant Lebronun mərasimdə olmasını istəməyib. Basketbolçunun bu barədə susması Vanessanın istəyinə hörmətlə yanaşması ilə əlaqələndirilib.
Qeyd edək ki, mərasimdə Maykl Cordan, Mecik Conson, Kərim Əbdül-Cabbar və Şakil O’Nil kimi MBA əfsanələri iştirak etmişdi. Lebron Ceyms isə tədbirin heç bir televiziya yayımında görünməmişdi.