"Neftçi" basketbol komandası amerikalı müdafiəçi Cerod Robinsonla yollarını ayırıb.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Robinson cari mövsümdə "Neftçi"nin heyətində həm Azərbaycan Basketbol Liqasında (ABL), həm də FIBA Avropa Kubokunda çıxış edib.
Klub amerikalı basketbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.