top
Anar Sarıyev: Bakıda keçiriləcək Avropa çempionatında medalla mübarizə aparacağıq Idman.biz
Bu gün, 12:09
- ↺ +

Anar Sarıyev: Bakıda keçiriləcək Avropa çempionatında medalla mübarizə aparacağıq

"Hazırda ən böyük narahatlığımız zədələrlə bağlıdır".

İdman.Biz xəbər verir ki, bu sözləri NTD basketbol komandasının məşqçisi, həmçinin Azərbaycan (U-20) millisinin baş məşqçisi Anar Sarıyev klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- NTD bu mövsüm əsasən U-20 millisinin üzvlərindən ibarət gənc heyətlə çıxış edir. Çempionatın ilk dövrəsinin yekunlarına əsasən, onların inkişafını necə qiymətləndirirsiniz?

- Əvvəldən əsas məqsədimiz digər klublarda az oyun vaxtı qazanan gənc basketbolçuları bir komandada toplamaq, onlara müntəzəm oynamaq və təcrübə qazanmaq imkanı yaratmaq idi. Bunun sayəsində gələn il Avropa çempionatında daha uğurlu çıxış edəcəyimizə ümid edirik. Sonradan məlum oldu ki, turnir Bakıda keçiriləcək. Biz hər zaman yüksək yerlər uğrunda mübarizə aparmağı hədəfləyirik. Belə bir komandanın formalaşdırılması da planımızın bir hissəsi idi.

- İlk turla müqayisədə basketbolçuların inkişafı nə dərəcədə hiss olunur?

- İrəliləyiş göz qabağındadır. Bunu həm oyunlarda, həm də məşq prosesində hiss edirəm. Qısa müddət ərzində müsbət istiqamətdə ciddi dəyişikliklər baş verib. Ümid edirəm ki, çempionatın sonuna qədər basketbolçularımız daha da inkişaf edəcək və komandamız güclənəcək.

- Gənc basketbolçularımızın əsas çatışmazlığı nədir?

- Düşünürəm ki, onlara ilk növbədə oyun təcrübəsi çatışmır. Bu uşaqlar daim məşq ediblər, lakin bacarıqlarını meydançada nümayiş etdirmək üçün kifayət qədər imkanları olmayıb. Meydançaya çıxsalar belə, cəmi 2-3 dəqiqə oynayırdılar. Bir səhvə yol verdikdə və ya atışları uğursuz alındıqda dərhal əvəzləniblər. Daha təcrübəli basketbolçulara üstünlük verilirdi. Təbii ki, bütün bunlar gənc oyunçuların inkişafına mənfi təsir göstərirdi.

- Mövsümün sonuna qədər onlardan nə gözləyirsiniz?

- Qeyd etdiyim kimi, gələn il millimizin daha güclü olacağını gözləyirik. Xüsusilə ötən mövsüm çempionatda az oyun vaxtı qazanan basketbolçuların ciddi irəliləyiş əldə edəcəyinə ümid edirik.

- Gənc basketbolçularımızın legionerlərlə rəqabət aparmaq potensialını necə qiymətləndirirsiniz?

- Geridə qalan yeddi turun nəticələrinə əsasən, artıq müəyyən müsbət dəyişiklikləri görürük. Komandamız oyunlarda 60-70, hətta 80 xal toplayır. Düzdür, hələ ki, daha çox xal buraxırıq. Lakin gənc yerli basketbolçularımızın legionerlərə qarşı mübarizədə 10 və daha çox xal toplaması bizi çox sevindirir. Bu, müsbət göstəricidir. Düşünürəm ki, hər keçən oyun onların öz güclərinə inamını daha da artıracaq.

- 2027-ci ildə Azərbaycan ilk dəfə U-20 Avropa çempionatının B divizionun oyunlarına ev sahibliyi edəcək. Millimizin bu turnirdə hədəfi nə olacaq?

- Bildiyiniz kimi, bu mövsüm ikinci liqada "Quba" komandası da çıxış edəcək. Digər klubları təmsil edən U-20 millimizin üzvləri bu komandanın heyətində birgə oynamaq imkanı qazanacaqlar. Onlar müntəzəm çempionatda 20 oyun, uğurlu çıxış edəcəkləri təqdirdə isə pley-off mərhələsində də oyunlar keçirəcəklər. İkinci liqa olsa da, basketbolçularımız həm oyun təcrübəsi qazanacaq, həm də bir-birilərinə daha yaxşı uyğunlaşacaqlar. Bu, millimiz üçün böyük üstünlükdür.

Avropa çempionatında isə yalnız medallar uğrunda mübarizə aparacağıq. Ola bilsin, bu, bir qədər iddialı səslənsin, amma hədəfimiz məhz budur. Üstəlik, çempionat doğma meydançada, Bakıda keçiriləcək. Bütün oyunlarımızda tribunaların dolu olacağını və azarkeşlərimizin dəstəyini hiss edəcəyimizi gözləyirik.

Hazırda ən böyük narahatlığımız zədələrlə bağlıdır. Əsas odur ki, basketbolçularımız klub mövsümünü zədəsiz başa vursunlar və yayda Bakıda keçiriləcək Avropa çempionatına tam heyətlə, yaxşı formada hazırlaşa bilək

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:26

ExpoSport Azerbaijan 2026

Digər
Bu gün, 12:25

Bakı İdman Sarayında "ExpoSport Azərbaycan 2026" sərgisinin açılışı baş tutdu

Voleybol
Bu gün, 12:24

Qadın voleybolu Super Liqası: "Azərreyl" "Murov Az Terminal" ilə üz-üzə

Futbol
Bu gün, 12:20

Sampdorinin 18 yaşlı futbolçusu Metsoteronu İtaliyanın 7 rəqib klubu izləyir

Futbol
Bu gün, 12:20

Haalandın atası: Müqavilədəki sərbəstqalma məbləği 100-150 milyon arasında, oğlumu Reala yönləndirmək istəyirən

Futbol
Bu gün, 12:20

Bavariya, Qalatasaray‑ın keçmiş hücumçusu Mauro İkardi‑ni maraq dairəsinə alıb

Boks
Bu gün, 12:17

Fyuri psixoloji problemi haqqında danışıb, Coşua ilə döyüşü ləğv oluna bilər

Futbol
Bu gün, 12:13

Dominik Kalvert-Lyuin "Lids"lə 2,5 illik yeni müqavilə imzalayıb;

Futbol
Bu gün, 12:08

FIFA referisi Marçinyak "Mançester Yunayted"in qolunun ləğv edilməsi üçün üzr istədi

Futbol
Bu gün, 12:00

Səbail klubunda maliyyə böhranı: Prezidentin ölkədən çıxışına qadağa qoyulub

Boks
Bu gün, 11:54

Tayson Fyuri və Entoni Coşua Britaniya ağır çəkili boksunun tarixini necə yenidən formalaşdırır?

Basketbol
Bu gün, 11:42

Lebron Ceymsin Kobi Bryantın xatirə mərasimində iştirak etməməsinin səbəbi açıqlandı

Futbol
Bu gün, 11:42

Beşiktaş futbolçusu Emirhan Topçu xəstəxanada müayinədən keçdi

Qarabağ FK
Bu gün, 11:40

Videonu bu linkdən izləyin

Futbol
Bu gün, 11:40

İslandiya milliyətinin keçmiş qapıçısı İnqvar Yonson 37 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 11:39

Sabah–Araz‑Naxçıvan çətin sınaq: Barselona məğlubiyyətindən sonra, Neftçi üçün kritik qarşılaşma – İDMAN.BİZ

Futbol
Bu gün, 11:34

Kimmixin Musiala haqqındakı açıqlamaları «Bavariya» rəhbərliyini narazı qoydu;

Futbol
Bu gün, 11:25

Marsel-Levski qarşılaşmasında azarkeşlərə hücum: 11 nəfər xəsarət alıb, UEFA ağır cəza verə bilər

Futbol
Bu gün, 11:20

Şəfa rəhbərliyi Premier Liqaya hazır deyil – nəticələri nə gözləyir?

Futbol
Bu gün, 11:07

Karlos Tevesin vida matçında Messi iştirak edəcək, Ronaldo da dəvət olunmaq istənir

Futbol
Bu gün, 11:04

Azərbaycan millisinin hücumçusu Lornenço Mezzotero Avropanın aparıcı klublarının diqqət mərkəzindədir

Futbol
Bu gün, 11:01

Eyden Heven qışda "Mançester Yunayted"dən icarəyə keçmək istəyir;

Futbol
Bu gün, 11:01

Bakıda debüt edən 18 yaşlı “Barselona” müdafiəçisi liderliyə namizəd ola bilər

Oxşar xəbərlər