top
Entoni Qordon: Bakı mənim üçün xüsusi yerdir və ümid edirəm, tezliklə yenidən burada olaram Oxu.az
Bu gün, 14:00
- ↺ +

Entoni Qordon: "Bakı mənim üçün xüsusi yerdir və ümid edirəm, tezliklə yenidən burada olaram"

"Barselona"nın futbolçusu Entoni Qordon Bakıda keçirdiyi vaxtdan məmnun qaldığını bildirib.

Oxu.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli hücumçu UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin V turunda "Sabah"la keçirilən oyunda dubl edərək komandasının qələbəsində mühüm rol oynayıb.

Qarşılaşmadan sonra matçın ən yaxşı oyunçusu seçilən Qordon Bakı ilə bağlı fikirlərini bölüşüb. Ondan "Qarabağ"a qarşı 4 və "Sabah"a qarşı 2 qol vurmasından sonra "Bakı kralı" olub-olmadığını soruşublar. Futbolçu isə gülərək bu fikirlə razılaşmayıb və paytaxtımızın onun üçün xüsusi yer olduğunu vurğulayıb:

"Bunu deməzdim, amma bura mənim üçün çox xüsusi yerdir. Het-trik etməliydim, amma sol ayağımla fürsəti qaçırdım. Çox xoşbəxtəm".

Qordon səfərin və ailəsindən uzaqda olmağın asan keçmədiyini dilə gətirib. Bununla belə, komandasının "Sabah"a hörmətlə yanaşdığını və öz oyununu nümayiş etdirdiyini bildirib.

İngiltərəli futbolçu Bakıya yenidən qayıtmaq istəyib-istəmədiyi ilə bağlı suala belə cavab verib:

"Əlbəttə, qayıtmaq istəyirəm. Ümid edirəm, tezliklə yenidən burada olaram".

Qeyd edək ki, Entoni Qordon bu ilin fevralında "Nyukasl"ın heyətində "Qarabağ"a qarşı ÇL-nin pley-off mərhələsində dörd qol vurub. "Sabah"a qarşı dublundan sonra onun bu il Bakıda sözügedən turnirdə vurduğu qolların sayı altıya çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:30

Sumqayıt klubunun məşqçi və futbolçu heyəti yeni idarəçilik qaydaları öyrəndi;

Digər
Bu gün, 17:30

Qətərdə 90 km uzun məsafəli ultra marafon

Futbol
Bu gün, 17:28

Pyer-Emerik Obameyanq "Deportivo"ya məşqə gedərkən yol qəzasına düşüb

Voleybol
Bu gün, 17:27

Varqas tullanışından yaranan əmtəə nişanı mübahisəsi

Tennis
Bu gün, 17:20

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kubokunun qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 17:20

Premyer Liqa hakimləri Leni Yoronun qırmızı vərəqəsinin ləğv olunması qərarına etiraz edir

Digər
Bu gün, 17:15

Yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Güləş
Bu gün, 17:07

Giorgi Meşvildişvili Hindistan Peşəkar Güləş Liqasının əsas transfer hədəfinə çevrilib

Futbol
Bu gün, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Futbol
Bu gün, 17:00

Kəpəz"də Verdaska 11 həftədir meydanda yoxdur – 6 həftəlik zədəniyyət niyə uzanıb?

Futbol
Bu gün, 17:00

Ayxan Abbasovun səhvləri var, amma futbolumuzun bütün günahını onun üzərinə atmaq yanlışdır

Futbol
Bu gün, 16:56

Oliver Kan Musialanın vəziyyətini Bavariya rəhbərliyinin tənqidini bildirib

Futbol
Bu gün, 16:53

"Slaviya" Çempionlar Liqasında 24 oyundur qələbə qazana bilməyərək antirekorda imza atıb

Futbol
Bu gün, 16:51

CIES 23 yaşadək futbolçular reytinqini açıqladı: lider İspaniya

Futbol
Bu gün, 16:51

MHK: Qalatasarayın "Samsunspor"a vurduğu qol ofsayd olduğuna görə sayılmamalı idi

Futbol
Bu gün, 16:50

Fənərbağça

Futbol
Bu gün, 16:50

Rednapp "Çelsi"yə Van Deyki transfer etməyi məsləhət görü

Futbol
Bu gün, 16:49

Sabah

Futbol
Bu gün, 16:43

Mançester Siti

Futbol
Bu gün, 16:43

“Liverpul” Konate‑i “Bayer 04”dən 60 milyon avroya geri qaytara bilər

Digər
Bu gün, 16:41

FIFA kiberhücuma məruz qaldı – 12 GB-dan çox məlumat ələ keçirildi

Futbol
Bu gün, 16:40

Sneyder Ramosun 2010 Dünya çempionatı formasını 65 126 avroya hərraca çıxarıb

Futbol
Bu gün, 16:40

"Brügge" "Arsenal"ın hədəfindəki Borqesi-ni satmayacağını bəyan edib

Futbol
Bu gün, 16:40

"Sabah"ın "Barselona"ma qarşı cəsur oyunu alqışlanır, lakin "Match TV" hörmətsiz münasibət nümayiş etdirib

Oxşar xəbərlər