"Slaviya" Çempionlar Liqasında antirekorda imza atıb. İndrix Tpişovskinin komandası "Vilyarreal"a 0:1 hesabı ilə uduzaraq turnirdə qələbəsiz oyunlar seriyasını 24-ə çatdırıb. Beləliklə, heç bir klub indiyədək bu qədər uzun müddət Çempionlar Liqasında qələbə qazana bilməyib.
"Slaviya" turnirdə yeganə qələbəsini debüt oyununda qazanıb. Komanda 2007-ci il sentyabrın 19-da FCSB-ni 2:1 hesabı ilə məğlub edib.
Praqa klubu növbəti matçını dekabrın 8-də "Bayern"ə qarşı keçirəcək.