"Arsenal" qış "transfer pəncərəsi" üçün hazırladığı siyahıya "Brugge"un hücumçusu Karlos Borqesi də daxil edib. Lakin Belçika klubu artıq bəyan edib ki, 22 yaşlı portuqaliyalı futbolçunu cari mövsümünün gedişində satmayacaqlar. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu hücum xəttinin sol cinahını gücləndirməyi planlaşdırır və Borqesi əsas prioritet hədəflərindən biri kimi görür. O, 2026/27 mövsümündə keçirdiyi 17 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
Borges İngiltərə futboluna artıq bələddir. O, "Mançester Siti" akademiyasında yetişib və 2024/25 mövsümünü icarə əsasında "Vulverhempton"da keçirib. "Brügge" onu 2025-ci ildə "Ayaks"dan transfer edib.
Qeyd edək ki, portuqaliyalı futbolçunun Belçika klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. "Transfermarkt" portalı oyunçunun dəyərini 23 milyon avro qiymətləndirir.