Niderland millisinin sabiq yarımmüdafiəçisi Vesli Sneyder İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramosun formasını hərracda 65126 avroya satıb.
Sportify.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Ramos həmin formanı 2010-cu il dünya çempionatının finalından sonra Sneyderə hədiyyə edib. Həmin qarşılaşmada İspaniya əlavə vaxtda Niderland millisinə 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.
Sneyder isə final matçında geyindiyi öz formasını 5 min avroya satıb.
Qeyd edək ki, 42 yaşlı sabiq futbolçu daha əvvəl 2010-cu il dünya çempionatında qazandığı "Gümüş top" mükafatını 19 min avroya, 2014-cü il mundialının bürünc medalını isə 6,5 min avroya hərraca çıxarıb.
Sneyder və Ramos 2007-2009-cu illərdə Madrid "Real"ında komanda yoldaşı olublar.