"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşukun ölkəsi Ukraynaya qayıtması barədə söz-söhbətlər səngimək bilmir.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı vinger Ukrayna Premyer Liqasının iki iştirakçısının maraq dairəsindədir.
Belə ki, "Polesye" və "Xarkov" Ukrayna millisinin debütantı uğrunda gərgin mübarizə aparır. Hər iki klub Donetsk "Şaxtyor"unun yetirməsi üçün danışıqlara başlayıb. Hazırda yeganə problem Kaşukun "Qarabağ"da aldığı maaşdır. "Polesye" və "Xarkov" rəhbərliyi həmin məbləği qarşılaya bilmək üçün variantlar axtarır.
Qeyd edək ki, Aleksey Kaşukun "Qarabağ"la müqavilə müddəti mövsümün sonuna qədərdir.