top
Rusiya İdman Nazirinin Müavini III MDB Oyunlarının Keçirildiyi Şəhərləri Ziyarət Məqsədini Açıqladı Report.az
29 sentyabr 2025, 16:52
- ↺ +

Rusiya İdman Nazirinin Müavini III MDB Oyunlarının Keçirildiyi Şəhərləri Ziyarət Məqsədini Açıqladı

Məqsədlərdən biri III MDB Oyunlarının təşkil olunduğu yeddi şəhərin hər birini ziyarət etməkdir.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Rusiya idman nazirinin müavini Aleksey Morozov jurnalistlərə açıqlamasında deyib.

O, Gəncədə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası barədə danışıb:

"Biz burada ən çox idmançı və nümayəndəsi olan ölkələrdənik. Bu gün Gəncədə Heydər Əliyev Parkında olduq, həmçinin sambo yarışlarının keçirildiyi Göygöl Olimpiya İdman Kompleksini də ziyarət etdik. Ümumilikdə məqsədimiz Oyunların təşkil olunduğu bütün yeddi şəhəri ziyarət etməkdir. Bundan əvvəl biz adətən yalnız Bakıda olurduq. Bakı Azərbaycanın idman paytaxtıdır".

Rusiyalı nazir müavini idmançılarının III MDB Oyunlarından böyük təcrübə qazanacaqlarını söyləyib: "Bu Oyunlar bizim idmançılar üçün öz bayraqları və himni altında yarışmaq üçün əla fürsətdir. İdmançılarımız güclü və istəkli rəqibləri görməyə şaddılar. Bu, onlar üçün böyük təcrübə olacaq".

O, Xankəndidə keçiriləcək kamandan oxatma yarışını da izləyəcəyini bildirib:

"Bütün yerli idman obyektlərini mütləq görəcəyik. Bu şəhərlərdə yerləşən bütün iştirakçı komandaları ziyarət etmək istəyirik. MDB Oyunlarının keçirildiyi bütün coğrafi ərazini araşdırmaq bizim üçün çox vacibdir".

O, IV MDB Oyunlarının Rusiyada keçirilə ehtimalından danışıb:

"Bu gün sözügedən məsələ müzakirə olundu. Dünən rəsmi və qeyri-rəsmi olaraq bütün bunları müzakirə etdik. Bəzi variantlar artıq hazırdır. Bu gün əsasən qeyri-rəsmi görüşdür. Rusiya Federasiyası hər zaman kömək əlini uzatmağa hazırdır. Oyunları özümüz keçirməkdən məmnun olarıq. Danışıqları davam etdirəcəyik və qeyri-rəsmi qərarlar qəbul edəcəyik. Növbəti görüşdə isə IV MDB Oyunlarının keçiriləcəyi yeri rəsmən təsdiq edəcəyik".

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

III MDB Oyunları Rusiyalı nazir müavini
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər