top
Rəşad Əbdürəhmanovun vəzifə dəyişikliyi və gələcək planları ilə bağlı Açıqlaması Idman.biz
16 oktyabr 2025, 16:22
- +

Rəşad Əbdürəhmanovun vəzifə dəyişikliyi və gələcək planları ilə bağlı Açıqlaması

12 il ərzində Azərbaycan üzgüçülük millisinin baş məşqçisi olmuş Rəşad Əbdürəhmanov vəzifəsindən azad edildi. Daha dəqiq desək, Rəşad Əbdürəhmanov federasiya rəhbərliyinin qərarı ilə başqa bir posta təyin edilib.

İdman.Biz xəbər verir ki, Üzgüçülük Federasiyasının bu qərarı bir sıra söz-söhbətlərə səbəb olub. Üzgüçülərimizin III MDB Oyunlarında uğurlu çıxışından(komandamız iki qızıl, beş gümüş və altı bürünc medal qazanıb – red) dərhal sonra atılan bu addım müxtəlif suallar doğurub.

Bəs bu istefa nə ilə bağlıdır? Keçmiş baş məşqçi ilə Federasiya rəhbərliyi arasında hər hansı münaqişə olubmu?

Bu suallara cavab tapmaq üçün İdman.Biz Rəşad Əbdürəhmanova müraciət edib.

"Federasiya rəhbərliyi ilə heç bir problemim yoxdur, ola da bilməz. Çünki mənə başqa vəzifə – Federasiyada məsləhətçi vəzifəsi təklif olunub. Mən 12 il bu postda çalışdım, indi isə rəhbərlik milliyə xarici məşqçini dəvət edib. Mən buradakı fəaliyyətimi məsləhətçi kimi davam etdirəcəyəm" – deyə R.Əbdürəhmanov bildirib.

Üzgüçülük üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi söyləyib ki, Federasiyanın bu qərarından çox məmnundur.

"Yeni vəzifəm də birbaşa yığma komanda ilə işə bağlıdır – komandaya nəzarət məsələləri, yarışların təşkili, yığmanın inkişafı ilə bağlı bütün məsləhətləşmələr bu vəzifəyə daxildir. Əlbəttə, təcrübəmi nəzərə alaraq, bacardığım qədər kömək etməyə hazıram", – deyə təcrübəli mütəxəssis əlavə edib.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər